Minnesota Dövlət Universiteti (Mankato)

Minnesota Dövlət Universiteti — ABŞ-ın Minnesota ştatının Mankato şəhərində dövlət universiteti. Bu, Minnesotanın ikinci ən böyük universitetidir.[5][6]

Minnesota Dövlət Universiteti
Xəritə
44°08′46″ şm. e. 93°59′55″ q. u.HGYO
Əsası qoyulub 1868[1][2]
Tələbə sayı 14.761[3], 13.067[4]
Ölkə
Sayt mankato.mnsu.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Universitet 1858-ci ildə[7] Dövlət Pedaqoji Məktəb kimi qurulmuşdur və 10 il sonra rəsmi olaraq Mankato Pedaqoji kolleci olaraq açıldı.[8][9] 1868-ci ildə qurulan Minnesota Dövlət Kolleci Minnesota Universitet Sisteminin 2-ci ən qədim üzvüdür və flaqman institutu kimi xatırlanır. Məktəbin ilkin missiyası Minnesotanın cənubundakı kənd məktəbləri üçün müəllimlər hazırlamaq idi.

1921-ci ilə qədər məktəb o qədər böyüdü ki, 4 illik bakalavr dərəcələri təklif etməyə başladı. Nəticədə Mankato Dövlət Müəllimlər Kolleci adlandırıldı.

1957-ci ilə qədər qurumun missiyası hərtərəfli 4 illik kollec təhsilini genişləndirmək idir. 1960-cı iıdə qanunverici orqan məktəbin adını Mankato Dövlət Kolleci olaraq dəyişdirdi. 1960-cı illərdə institut o qədər sürətlə böyüdü ki, ştatın qanunverici orqanında onun universitet statusuna yüksəldilməsi üçün qanun layihəsi təklif edildi və Minnesota Dövlət Universiteti adlandırıldı.[10]

1998-ci ildə ştatın ali təhsil sisteminə verdiyi mühüm töhfəyə görə universitetə Minnesota Dövlət Universiteti, Mankato adı verildi.[11]

2007-ci ildən universitetə ​​Tətbiqi Doktorluq dərəcələri təklif etməyə icazə verildi.[12]

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]

Universitetin 7 kollec və məktəbi 130-dan çox bakalavr, 80-dən çox magistr və 4 Doktorantura proqramları təklif edir.[13]

Minnesotanın yeganə milli, regional və ştatda akkreditə olunmuş aviasiya proqramı bu universitetdə təşkil olunub.[14][15]

Minnesota Ştatı 11 tələbə qrant mükafatı və 41 Fulbrayt Proqramı təqaüdçüsü təqdim etməklə, ölkənin ən çox Fulbrayt mükafatı alan magistr təhsili müəssisələri arasındadır.[16][17][18]

Hər il 3000-dən çox tələbə bu universiteti bitirir. Qeydiyyat İdarəsi təxminən 3000 bakalavr, 600 magistr, 50 mütəxəssis və 10 doktorluq dərəcəsi verir.[19] Universitetin Karyera İnkişafı Mərkəzi bildirir ki, məzunların 85%-i öz sahələrinə aid sahədə iş tapır və 90% məzun olduqdan sonra 12 ay ərzində işlə təmin olunur və ya təhsillərini davam etdirirlər.[20]

Universitet Ali Təhsil Komissiyası,[21] Amerika Universitet Qadınları Assosiasiyası, Amerika Mühəndislik və Texnologiya Şurası, Kollec Biznes Məktəblərini İnkişaf etdirmə Assosiasiyası, Müəllim Təhsilinin Akkreditasiyası Şurası da daxil olmaqla 26 milli və regional akkreditasiya agentlikləri tərəfindən akkreditə edilmişdir. [22]

Təşkilatı və İdarəetməsi

[redaktə | mənbəni redaktə et]

Universitet 7 ixtisaslaşmış kollecdən ibarətdir. Akademik proqramlar, məktəblər və əlavə təhsil yerləri onlar arasında bölünür:

  • Sağlamlıq və Tibb bacısı Kolleci[23]
  • Biznes Kolleci[24]
  • Təhsil Kolleci[25]
  • Humanitar və Sosial Elmlər Kolleci[26]
  • Elm, Mühəndislik və Texnologiya Kolleci[27]
  • Araşdırmalar və Tədqiqatlar Kolleci[28]
  • Əlavə Araşdırmalar Kolleci[29]

İnstitutları və Mərkəzləri

[redaktə | mənbəni redaktə et]

Universitet miqyasında 12 fənlərarası mərkəz və institut kollegial əsaslarla fəaliyyət göstərir:[30]

  • Qlen Taylor Tibb bacısı İnstitutu
  • Yaşlanma Mərkəzi
  • Minnesota Nəqliyyat Araşdırma və Tətbiqi Mərkəzi
  • Təqaüd və Tədqiqatda Mükəmməllik Mərkəzi
  • Minnesota Modelləşdirmə və Simulyasiya Mərkəzi
  • Kessel Sülh və Dəyişiklik İnstitutu
  • Minnesota Dövlət Mühəndislik Mərkəzi
  • Minnesota Kənd Siyasəti və İnkişaf Mərkəzi
  • Kiçik Biznesin İnkişafı Mərkəzi
  • Cənubi Minnesota Tarixi Mərkəzi
  • Şəhər və Regionşünaslıq İnstitutu
  • Su Ehtiyatları Mərkəzi

Məşhur proqramları

[redaktə | mənbəni redaktə et]

Universitet yeni və inkişaf etməkdə olan sahələrin ehtiyaclarını ödəmək üçün yeni proqramlar yaradır. Həmçinin ölkədə Məhkəmə ekspertizası üzrə magistr dərəcəsi təklif edən ilk müəssisədir[31] və şəhərşünaslıq və yerli hökumət idarəçiliyində ilk fənlərarası proqramlardan birini təklif edir.[32]

Proqramlara aşağıdakılar daxildir:

  • Aviasiya və aeroportların İdarəetmə proqramı.[33] Minnesota ştatında yeganə akkreditə olunmuş aviasiya proqramıdır.
  • Eksperimental Təhsil üzrə Magistr dərəcəsi.[34]

Universitetin kampusunda 30 bina var.[35] Kampusda yaşayış binaları, tədris korpusları, kitabxana, musiqi kitabxanası, 2 astronomiya rəsədxanası, alternativ və bərpa olunan enerji üzrə eksperimental tədqiqat stansiyaları, istirahət mərkəzi, atletika kompleksi və tələbə mərkəzi var.

Görkəmli məzunları

[redaktə | mənbəni redaktə et]
  1. https://www.britannica.com/topic/Minnesota-State-University-Mankato.
  2. https://mankato.mnsu.edu/about-the-university/fast-facts/.
  3. Integrated Postsecondary Education Data System. 1992.
  4. U.S. and Canadian 2022 NTSE Participating Institutions Listed by Fiscal Year 2022 Endowment Market Value, Change in Market Value from FY21 to FY22, and FY22 Endowment Market Values Per Full-time Equivalent Student (Excel) (ing.). National Association of College and University Business Officers, 2023.
  5. "FY2014 Operating Budget" (PDF). MnSCU. may 22, 2013. dekabr 12, 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: avqust 8, 2016.
  6. "Minnesota State University overtakes St. Cloud as MnSCU enrollment continues decline". Mankato Free Press. June 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2014.
  7. "Arxivlənmiş surət". 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  8. "Arxivlənmiş surət". 2018-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  9. "Arxivlənmiş surət". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  10. "Arxivlənmiş surət". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  11. "Arxivlənmiş surət". 2024-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  12. "Arxivlənmiş surət". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  13. "Arxivlənmiş surət". 2002-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  14. "Arxivlənmiş surət". 2023-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  15. "Arxivlənmiş surət" (PDF). 2024-02-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-16.
  16. "Top Producers of U.S. Fulbright Scholars by Type of Institution, 2010–11". The Chronicle of Higher Education. July 21, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2015.
  17. "Minnesota State University, Mankato | Fulbright Scholar Program". fulbrightscholars.org. 2023-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-25.
  18. "Grantee Directory". us.fulbrightonline.org. İstifadə tarixi: 2023-02-25.
  19. "Arxivlənmiş surət". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  20. "Arxivlənmiş surət". 2024-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  21. "Arxivlənmiş surət". 2023-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  22. "Arxivlənmiş surət" (PDF). 2022-04-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-16.
  23. College of Allied Health and Nursing. "Allied Health & Nursing Home – Minnesota State University, Mankato". Minnesota State University, Mankato. 2015-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  24. College of Business. "College of Business". Minnesota State University, Mankato. 2015-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  25. "College of Education". Minnesota State University, Mankato. 2013-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  26. College of Arts. "College of Arts & Humanities". Minnesota State University, Mankato. 2015-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  27. "Welcome to CSET – Minnesota State University, Mankato". Minnesota State University, Mankato. 2015-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  28. "College of Graduate Studies". Minnesota State University, Mankato. 2013-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  29. College of Extended Learning. "University Extended Education". Minnesota State University, Mankato. 2013-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  30. "Research Centers". College of Graduate Studies and Research. Minnesota State University, Mankato. 18 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2018.
  31. "MFA-Forensics Degree Approved". Minnesota State University, Mankato Public Relations. September 11, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2014.
  32. "Urban and Regional Studies Institute – College of Social & Behavioral Sciences – Minnesota State University, Mankato". Sbs.mnsu.edu. October 7, 2014. July 14, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2015.
  33. "Demand for pilots has MSU-Mankato program thriving". Kare 11 News. October 27, 2015. İstifadə tarixi: November 16, 2015.[daimi ölü keçid]
  34. "Educational Leadership – Graduate Program Bulletin – Graduate Programs – Minnesota State University, Mankato". Grad.mnsu.edu. May 1, 2015. September 16, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2015.
  35. "Arxivlənmiş surət". 2024-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]