Mirzə Əliqulu xan Ənsari

Mirzə Əliqulu xan Ənsari (fars. میرزا علیقلی خان انصاری‎; 10 fevral 1875, Tehran1938, Tehran) — İran diplomatı.

Mirzə Əliqulu xan Ənsari
fars. علیقلی مسعود انصاری
bayraq
İranın xarici işlər naziri
bayraq2
3 avqust 1918 – iyul 1919
Baş nazirMirzə Həsən xan Vüsuqəddövlə
ƏvvəlkiMirzə Əsədulla Qədimi Nəvai
SonrakıFiruz mirzə Nüsrətəddövlə
28 dekabr 1917 – 17 iyun 1918
Baş nazirHəsən xan Mustovfi əl-Məmalik
Nəcəfqulu xan Bəxtiyari
ƏvvəlkiMəhəmmədəli xan Əlaüssəltənə
SonrakıMirzə Əsədulla Qədimi Nəvai
24 dekabr 1915 – 3 mart 1916
Baş nazirƏbdülhüseyn mirzə Fərmanfərma
ƏvvəlkiHəsən xan Mustovfi əl-Məmalik
SonrakıƏkbər mirzə Qovanlı-Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 10 fevral 1875(1875-02-10)
Doğum yeri
Vəfat tarixi 1938
Vəfat yeri
Fəaliyyəti siyasətçi, diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Əliqulu xan Mirzə Həsən xan oğlu Ənsari Tehranda anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Müşavirülməmalik ləqəbini daşıyırdı.

Mirzə Əliqulu xan Ənsarinin atası Mirzə Həsən xan İranın Xarici İşlər naziriliyində çalışmışdı. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Mirzə Əbdürrəhim Gərmərudinin nəticəsidir.

Mirzə Əliqulu xan Ənsari İranın Xarici İşlər Nazirliyində işləməyə başlamışdı. 1896-cı ildə səfir kimi Rusiyaya yollanmışdı. Nasirəddin şah Qacarın ölüm xəbərini imperatora çatdırmışdı. Məşrutə inqilabından sonra İstanbula göndərilmişdi. Bir müddətdən sonra Tehrana dönmüş nazirliyin şöbə müdiri olmuşdu. 1913-cü ildə Əhməd şah Qacarın əmri ilə xarici işlər nazirliyində yenidənqurma aparmışdı. Sonra İranın Osmanlı dövlətində səfiri olmuşdu. 1918-ci ildən 1924-cü ilədək İranın SSRİ-də səfiri vəzifəsində çalışmışdı. Onun gördüyü böyük işlərdən biri də 1921-ci ildə İranla SSRİ arasında bağladığı müqavilədir.

Mirzə Əliqulu xan Ənsari 1924-cü ildən 1926-cı ilədək İranın xarici işlər naziri olmuşdu. 1926-cı ildən 1928-ci ilədək yenidən İranın SSRİ-də səfiri vəzifəsində çalışmışdı. 1928-ci ildən 1930-cu ilədək İranın İngiltərədə səfiri vəzifəsində işləmişdi. 1931-ci ildə Tehrana dönərək təqaüdə çıxmışdı.

Mirzə Əliqulu xan Ənsari 1938-ci ildə vəfat etdi. Əhməd Mirfendereskinin ana tərəfindən babasıdır.

  • Ənvər Çingizoğlu, Ənsarilər, Bakı, "Mütərcim", 2012. 334 səh.
  • Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.