Mirzə Sadıq Lətifov

Mirzə Sadıq Lətifov (1852, Şuşa1901, Şuşa) — şair, həkim, müəllim.

Mirzə Sadıq Lətifov
Doğum tarixi 1852
Doğum yeri
Vəfat tarixi 1901
Vəfat yeri
Fəaliyyəti şair, həkim, pedaqoq
Üzvlüyü

Mirzə Əbdüllətifin üçüncü oğlu Sadıq 1852-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun ailəsi olan Lətifovlar QarabağŞuşada məşhur ailələrdən biri idi. Atası Mirzə Əbdüllətif din adamı olmaqla yanaşı, həm də müəllim və xəttat kimi fəaliyyət göstərməkdə idi. Mirzə Sadıqın babası olan Molla Kəlbalı Qarabağ xanı İbrahimxəlil xanla münasibəti olan şəxslərdən biri olmuşdur. Baba bəy Şakir yazdığı şeirlərində Mirzə Sadıqdan bəhs etmiş və onu alim adlandırmışdır.Sadıq özünün ibtidari təhsilini böyük qardaşı Molla Mehdiquludan almış, daha sonra təhsilini davam etdirmək üçün Təbrizə getmişdir. O, burada dövrünün məşhur alimlərindən olan Mirzə Əbdülhəsəndən təhsil almışdır. Daha sonra isə təhsil müddətində alman müəllimdən dərs almışdır. Təhsilini tamamladıqdan sonra Şuşaya dönmüş və burada müəllimliklə yanaşı həkimlik də etmişdir. Fəaliyyəti dövründə Xurşidbanu Natəvanı müalicə etməklə birlikdə, övladlarına dərs də keçmişdir. Bir müddət sonra Şuşa realnı məktəbində şəriət dərslərini tədris etməyə başlayan Mirzə Sadıqın buradakı məşhur tələbələrindən biri də Yusif Vəzir Çəmənzəminli olmuşdur. O, şeirlər də yazmış və şeirlərində "Təbib", "Hicri" təxəllüslərindən istifadə etmişdir. Gülbahar adlı qadınla evlənmiş və Əbdülhəsən, Mahmud və Züleyxa adlı övladları olmuşdur. 1901-ci ildə Şuşada vəfat edən Mirzə Sadıq Mirzə Həsən qəbiristanlığında dəfn edilmişdir.[1][2][3][4]

Mirzə Sadıq Şuşada tanınmış Lətifovlar soyuna mənsubdur. Atası Mirzə Əbdüllətif (1797-?) ruhani, müəllim, xəttat olub. Babası Molla Kəlbəli (?-1840) İbrahimxəlil xanın sarayına yaxın ruhanilərdən idi. Baba bəy Şakir qoşmalarında onu aliməqam şəxs kimi vəsf edirdi.[5].

  1. Ənvər Çingizoğlu. "Mirzə Sadıq Lətifov: məna və müdriklik kanı". xudaferin.eu. 2013. 29 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2023.
  2. "Tarixi yaşadan milli-mənəvi xəzinə". www.azerbaijan-news.az. 10 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2023.
  3. İlhamə. "Başdan-başa muzey olan şəhər - küllərindən doğan Şuşa". www.yeniazerbaycan.com. 2022. 10 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2023.
  4. Zahran Orujova. "ŞUŞA təhsil müəssisələri və maarifçilik". www.muallim.edu.az. 2022. 10 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2023.
  5. Ənvər Çingizoğlu. "Mirzə Sadıq Lətifov: məna və müdriklik kanı" (az.). 2022-11-29 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]