Mqer Qriqoryan (erm. Մհեր Հերբերտի Գրիգորյան; 15 fevral 1972[1], Əştərək[1]) — hazırda Ermənistanın baş nazirinin müavini vəzifəsində çalışan erməni siyasətçi.
Mqer Qriqoryan | |
---|---|
erm. Մհեր Հերբերտի Գրիգորյան | |
Vəzifədədir | |
12 may 2018-ci ildən | |
Baş nazir | Nikol Paşinyan |
Əvvəlki | Armen Qevorqyan Vaçe Qabrielyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 fevral 1972[1] (52 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | hüquqşünas, siyasətçi |
Uşağı | 2 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mher Qriqoryan 1989-1991-ci illərdə Moskva Dövlət Universitetində hüquq təhsili alıb. 1991-1994-cü illərdə İrəvan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. 1997-1998-ci illərdə Böyük Britaniyanın Lids Universitetinin Biznes Məktəbində 6 aylıq kvalifikasiya kursu keçib.
Mher Qriqoryan 1994-1996-cı illərdə Rusiya Federasiyasında fərdi sahibkar kimi fəaliyyət göstərib. Peşə fəaliyyətinə 1996-cı ildə ER Mərkəzi Bankında hüquqşünas kimi başlamış, daha sonra baş hüquqşünas-məsləhətçi, 1997-1999-cu illərdə isə hüquq şöbəsinin müdiri kimi davam etmişdir. 1999-2005-ci illərdə "Armerartbank" QSC-də (indiki "Ameriabank" QSC) hüquq xidmətinin rəhbəri, əməliyyat direktoru vəzifələrində çalışıb.