Murad Valeh oğlu İbrahimov (6 sentyabr 1993; Gəncə, Azərbaycan — 3 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Murad İbrahimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Gəncə Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Uşağı | Əli İbrahimov |
Atası | Valeh İbrahimov |
Təhsili | Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2011 / 2014—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri | 20202020 |
Murad İbrahimov 6 sentyabr 1993-cü ildə Gəncədə anadan olmuşdur.[1] 1999-cu ildə Gəncə şəhər 12 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2008-2009-cu illərdə 1 nömrəli Gəncə Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil almışdır.
Ailəli idi, Əli adlı bir oğlu var idi. Murad İbrahimovun qardaşı da hərbçidir.
2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.
Murad İbrahimov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Hərbi xidmət müddətində Qurban bayramı və 15 iyun Milli Qurtuluş Günü ərəfəsində xidmətinə görə fəxri fərmanla təltif edilmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Murad İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murad İbrahimov 2020-ci il oktyabrın 3-də Murov dağından Ağdərə istiqamətinə yollanmış, həmin istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Nəşi şəhid olmasından 111 gün sonra aşkar edilmiş və 23 yanvar 2021-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Murad İbrahimov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]