Muxtar Türk Kipr İdarəsi

Muxtar Türk Kipr İdarəsi (türk. Otonom Kıbrıs Türk Yönetimi) — 1974-cü ildə Türkiyənin Kiprə müdaxiləsindən dərhal sonra indiki Şimali Kipr ərazisində Kipr türkləri tərəfindən yaradılmış de-fakto idarənin adı.

Muxtar Türk Kipr İdarəsi
türk. Otonom Kıbrıs Türk Yönetimi
Bayraq
Bayraq
Paytaxt Şimali Nikosiya
İdarəetmə forması Nominal muxtar region
Valyuta Türk lirəsi

İdarə tərəfindən hərbi əməliyyatda iştirak edən Türkiyə hərbçilərinə Şimali Kipr vətəndaşlığını alaraq burada məskunlaşmaq icazəsi verilmişdir.[1] Cənubdan didərgin düşmüş Kipr türklərinin köçürülməsinə nəzarət edilmişdir.[2]

Endryu Borovets yazmışdır ki, Türkiyə Kipr yunanlarının tərk edilmiş kənd mülklərini ələ keçirmək üçün adada 5,000 ferma işçisi yerləşdirməyi planlaşdırdığını açıqlamışdı. Bu, yunanıstanlı və Kipr yunanlarının Türkiyənin Kiprin demoqrafik strukturunu məqsədyönlü şəkildə dəyişməsi ilə bağlı ittiham irəli sürməsinə səbəb olmuşdur.[3]

  1. "Barış Kuvvetleri mensupları isterlerse Kıbrıs Türk Yönetimi yurttaşı olabilecek". Milliyet. 11 February 1975. səh. 6.
  2. "Müezzinoğlu: "Kıbrıs Türkleri artık bizden yardım almayacak duruma geldi"". Milliyet. 5 November 1974. səh. 7.
  3. Borowiec, Andrew. Cyprus: A Troubled Island. Greenwood Publishing Group. 2000. 98–99. ISBN 9780275965334. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-01.