Nemətullahilik

İslam

İslam Tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

Nemətullahilik — sufi yönümlü islam təriqəti.

İranda XIV əsrdə yaranmış bu sufi təriqəti əvvəlcə sünni, sonra isə şiə yönümlü olmuş və öz mənəvi yolunun başlanğıcını Əli ibn Əbu Taliblə (ə) əlaqələndirmişdir.

Təriqətin adı Şah Nemətullah Vəli (1330-1431) ilə bağlıdır. O, Suriyanın Hələb şəhərində sufi şeyxi Mir Abdullanın ailəsində dünyaya gəlmiş və şafii hüquq məktəbinin ardıcılı olmuşdur. Yetkinlik yaşına çatanda çoxlu səyahətlər etmiş, məşhur sufi şeyxi Abdulla Yafiinin öncə tələbəsi, sonra isə xəlifəsi olmuşdur. Yeddi il ərzində İbn Ərəbinin əsərlərini öyrənmiş, onun bəzi kitablarına hətta şərhlər də yazmışdır.

Təriqətin emblemi

Bundan sonra Şah Nemətullah yenidən səyahət etməyə başlamış, İraqda, Misirdə olmuş, nəhayət Məvarənnəhrə gedib türk əhalisi arasında fəal təbliğat aparmışdır. Lakin onun fəaliyyəti Əmir Teymurun xoşuna gəlməmişdir. Buna görə də Şah Neymətullah Herata, oradan Məşhədə, sonra isə Yəzdə getmişdir. Sonda Kirmandakı Məhan kəndinə gələrək, ömrünün son 25 ilini orada keçirmişdir. Şah Nemətullahın məhsuldar yaradıcılığı olmuşdur. O, 500-dən artıq əsərin müəllifidir.

Şah Nemətullah tərkidünyalığın əksinə mənəviyyat "yolçusu"nun gündəlik fəaliyyətlərdə olmasını təbliğ etmişdir. Onun fikrincə bu fəaliyyətlər insanın "Mən"ini Allaha yönəltməlidir. Lakin mənəviyyat "yolçusu" bütün işlərini görərkən, eyni zamanda ürəyində "tərkidünya" olmalıdır. O həmçinin görüntü xatirinə dindarlığın əleyhinə olmuş, şagirdlərinin hansı təriqətin mənsubu olduğunu göstərən xüsusi geyimlərdə cəmiyyət qarşısına çıxmasını istəməmişdir. Şah Nemətullah musiqi sədaları altında rəqs etməmək və mahnı oxumamaq şərti ilə səma məclisləri (şeir və qəsidələrlə edilən zikr məclisləri) keçirməyə icazə vermişdir. Səmalar zamanı təriqətin özəl zikrləri oxunarmış. O, təriqət yolunu şəriətdən ayırmamış, bəzi ifrat sufilərin narkotik maddələrdən istifadəsinə, həmçinin dilənçilik etmək adətinə qarşı çıxmışdır.

Sonrakı dövrlərdə təriqətin mənəvi yolu təkmilləşdirilmiş və inkişaf etdirilmişdir. Bu mənəvi yolun əsasında Əli ibn Əbu Talibə (ə) və gizli şiə imamının şərəfinə deyilən xəfi (sakit) və təhlil zikrlər durmuşdur. Bundan başqa düşünmə, özünü anlama kimi metodlar təriqətdə önəmli sayılmışdır. Nemətullahilər keçə paltar geyinib, başlarına öncə 5, sonra isə 12 zolaqdan ibarət hündür papaqlar geyinirmişlər. Onların başçısı (qütb) seçki yolu ilə seçilirmiş. Təriqətə yeni üzvlərin qəbul edilməsi, digər sufi təriqətlərində olduğu kimi idi.

Təriqətin təlimi Şah Nemətullahın ölümündən sonra İranda geniş yayılmış, hətta onun hüdudlarını aşmışdır. Oğlu Burhanəddin Xəlilullah təriqəti Hindistanda da yaymışdır. Sonra isə təriqətə Şah Nemətullahın nəvəsi Şah Həbibəddin Mühibullah başçılıq etmişdir. Təriqətin mərkəzi İranın Məhan kəndində yerləşmişdir. Onun mənsubları İran ərazisində mövcud olmuş müxtəlif dövlətlərin ictimai və siyasi həyatında böyük rol oynamışlar. Nemətullahilər Heydəriyyə adlanan digər şiə yönümlü sufi təriqəti ilə rəqabət aparmışlar.

Səfəvi şahı I Abbasın (1587-1629) hakimiyyəti zamanı təriqət mənsubları ona qarşı çıxmış və ölkədə çevriliş etmək istəyən müxalifətə köməklik göstərmişlər. Bundan sonra I Şah Abbas tərəfindən onlara qarşı amansız təqiblər həyata keçirilmiş və ölkədə bu təriqətin fəaliyyətinə son qoyulmuşdur. Beləliklə, XVIII əsrə qədər Nemətullahilər yalnız Hindistanda fəaliyyət göstərmişlər.

1775-ci ildə Nemətullahilər təriqətinin Hindistandakı başçısı Rıza Əli Şah İrana Məsum Əli Şah Dəqqanini yollamış, o yenidən orada təriqətin fəaliyyətini dirçəltmişdir. Qacarlar sülaləsinin (1796-1925) dəstəyini aldıqdan sonra isə Nemətullahilər İranın ictimai-siyasi həyatında aktiv fəaliyyətə başlamışlar.

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Lakin bütövlüyünü qoruyub saxlaya bilməyən təriqət XIX əsrdə üç müstəqil qola: Səadət Əli-Şahi (Günəbadi), Səfi Əli-Şahi, Münəvvər Əli-Şahiyə (Zur-Rəyasəteyn) bölünmüşdür. Onların hər biri özlərini təriqətin həqiqi varisi saymışlar. Nemətullahilər təriqətinin mənsubları İranda 1905-1911-ci illərdə baş vermiş inqilabi hadisələrdə aktiv iştirak etmişlər.

  1. Səadət Əli-Şahi (Günəbadi) qolu Hacı Ağa Məhəmməd Kazim (vəfatı: 1876-cı il) tərəfindən yaradılmışdır. Onun mərkəzi Biduxt kəndində, əhəmiyyətinə görə ikinci mərkəzi isə Tehranda yerləşir.
  2. Səfi Əli-Şahi qolu Məhəmməd Baqir İsfəhani ibn Hacı Mirzə Həsən Ağanın (vəfatı: 1899-cu il) adı ilə bağlıdır. Onun mərkəzi Kirmanın yaxınlığındakı Məhan məntəqəsində yerləşir.
  3. Münəvvər Əli-Şah qolunun əsasını isə Hacı Ağa Məhəmməd ibn Məhəmməd Həsən (vəfatı: 1884-cü il) qoymuşdur. Onun mərkəzi Tehranda yerləşir. Bu qolun inkişafında tanınmış mütəfəkkir və islahatçı Cavad Nurbəxş (1926-1982) böyük rol oynamışdır.

Sonralar Nemətullahilərdən bir-birləri ilə rəqabət aparan müxtəlif cərəyanlar ayrılmışdır.

  • Aydın Əlizadə. "Cəmiyyət və Din" qəzeti