Nerium oleander (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin nerium cinsinə aid bitki növü.
Nerium oleander | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Nerium oleander |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağında yayılmışdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda bitir.
Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.
İşıqsevən, tezboyatan, suya həssas, torpağa az tələbkardır. Bitki quraqlığa davamlı, istisevəndir.
Azərbaycan florasında mədəni şəraitdə becərilir. Mərkəzi Nəbatat Bağının kolleksiya sahəsində mövcuddur.
Dekorativ bitki kimi yaşıllaşdırmada istifadə edilir. Çiçəkləyəndə dekorativ görünür. Yarpaqlarının şirəsi zəhərlidir, yarpaqlardan alınan neriolin və kornerin preparatları ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə olunur.