Parnasizm

Parnas (fr. "Parnasse") — XIX əsrin ikinci yarısında Fransada ədəbi cərəyan, məktəb. Fransız şairləri Ş.Lekont De Lil, T.Qotye, Ş.Bodler, A.Sülli-Prüdom, P.Verlen, S.Mallarme və başqaları tərəfindən yaradılmışdır. Parnasizmdə "sənət sənət üçündür" ideyası müdafiə olunur, ədəbiyyatın ictimai-siyasi rolu qəbul olunmur, bədii forma əsas götürülür.