Pedro de Orsua (isp. Pedro de Ursúa; 1526[1][2][…] – 1 yanvar 1561[3]) — İspaniya konkistadoru, Yeni Qranada krallığının (indiki Kolumbiya) general-kapitanı. Konkistador Lope de Agirre ilə birlikdə Eldoradonu axtarmaq üçün yeni torpaqları kəşf etmişdir. 1 noyabr 1549-cu ildə Pamplona (indiki Kolumbiyada) şəhərinin əsasını qoymuşdur.
Pedro de Orsua | |
---|---|
isp. Pedro de Ursúa | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1526[1][2][…] |
Vəfat tarixi | 1 yanvar 1561[3] |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1545-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Pedro de Orsua Verner Hersoqun 1972-ci ildə çəkdiyi "Agirre, Tanrının qəzəbi" filmində Lope de Agirrenin Amazonda səyahətinin iştirakçısı (aktyor Ruy Gerra tərəfindən oynanılır) canlandırılmışdır.
Vilyam Ospinanın "Orsua" romanı Pedro de Orsuaya əsas istinadlardan biri olmuşdur. Kitabda Orsuanın həyatı və XVI əsrin ortalarında Yeni dünyada baş verən hadisələr haqqında ətraflı məlumat verilir.