Pelarqon turşusu (Nonan turşusu) CH3(CН2)7COOH—birəsaslı doymuş karbon turşusudur. Yağlıtəhər, soyutduqda vərəqvari-kristal kütlə şəklində donan, 12,5o C-də əriyən; tqay.= 253–254 oC olan mayedir. Pelarqon turşusunun duzları və anionları pelarqonatlar adlanır.
Pelarqon turşusu | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | СH3(CН2)7COOH |
Molyar kütlə | 158,23 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,900 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 12,5 °S |
Qaynama nöqtəsi | 254 °S |
Buxarın təzyiqi | 4 Pa |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,4343 |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 112-05-0 |
PubChem | 8158 |
SMILES | CCCCCCCCC(=O)O |
ChEBI | 29019 |
ChemSpider | 7866 |
Pelarqon turşusu təbiətdə uçucu Pelargonium roseum yağında, yem çuğundurunun və kartofun sivuş yağında efir şəklində, yapon voskunda (mumunda), az miqdarda qoxumuş piylərin (olein turşusunun oksidləşmə məhsulu kimi), neftin tərkibində mövcuddur.
Pelargon turşusu olein turşusunun ozonolizi, sonra reaksiya məhsulunun hava və ya O2 ilə oksidləşməsi ilə əldə edilir; sintetik yağ turşularının C5-C9, C7-C9 və C9-C10 fraksiyalarından distillə yolu ilə ayrılır; doymamış undesil turşusunu az miqdarda su əlavə olunan kalium hidroksidi ilə əridərək alınır:
СН3—(СН2)7—СН=СH—СООН + 2КOH = СН3—(СН2)7—COKO + CH3—COKO + H2
Reaksiya sonunda əmələ gələn pelargon turşusu duzu xlor turşusu ilə parçalanır və sərbəst pelargon turşusu aşağı təzyiq altında distillə edilir. Pelargon turşusu həmçinin müvafiq normal oktil sianid nitrilinin C8H17CN sabunlaşdırılması ilə əldə edilir və olein və stearin turşularının azot turşusu ilə oksidləşməsi zamanı, eləcə də bəzi digər hallarda əmələ gəlir.
Pelarqon turşusu poliefir alkid qətranlarının, boyaların, stablizatorların istehsalında tətbiq olunur. Onun əvəzediciləri biostimulyatorlar kimi, efirləri isə — ətirli maddələr kimi, (məsələn etilpelargonat qızılgül qoxusuna malikdir) istifadə edilirlər.