Petalas ( yun. Πεταλάς ) — Yunanıstana aid İoni dənizində yaşayış olmayan ada.[3] Bu, Mərkəzi Yunanıstanın cənub-qərb hissəsi olan tarixi Akarnaniyanın bölgəsinin qərb sahilində, Axeloos ağzında yerləşən kiçik, məskunlaşmamış Exinad adaları qrupunun ən böyük adasıdır. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən hündürlüyü 251 m olan Asproxordos dağı,[4] şimalda isə dəniz səviyyəsindən hündürlüyü 209 m olan Yero-Petalas dağıdır.[5]
Petalas | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Hündür nöqtəsi | 251 m |
Əhalisi |
|
Yerləşməsi | |
38°24′50″ şm. e. 21°05′31″ ş. u.HGYO | |
Ölkə | |
|
Vilyam Lik Petalası Homerin "Gəmilər kataloqu"nda qeyd etdiyi Dulixi adası ilə eyniləşdirmişdir.[6]
Adanın sahəsi 1335 akrdır (540 ha). Adada 4,000-ə yaxın zeytun ağacı var. Ada 44,6 milyon ABŞ dollarına satışa çıxarılmışdır.[7]