Praskovya "Paşa" Nikitiçna Anqelina (rus. Праско́вья Ники́тична Анге́лина; 30 dekabr 1912 (12 yanvar 1913), Starobeşeve[d], Yekaterinoslav quberniyası, Rusiya imperiyası – 21 yanvar 1959, Moskva) — SSRİ Ali Sovetinin I-V çağırışlarının deputatı, Staxanovçu. O, SSRİ-də ilk qadın traktorçulardan biri kimi tanınırdı və texniki sahədə təhsili olan qadın sovet işçisinin simvolu kimi məşhurlaşmışdı.[1][2]
Praskoya Anqelina | |
---|---|
Doğum tarixi | 30 dekabr 1912 (12 yanvar 1913) |
Doğum yeri |
|
Vəfat tarixi | 21 yanvar 1959 (46 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qaraciyər sirrozu |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | traktorçu[d], briqadir[d], yazıçı |
Partiyası | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Anqelina Donetsk vilayətinin Starobeşeve kəndində, yunan kəndli ailəsində anadan olub.[3] Onun atası təsərrüfat işçisi idi, anası isə daxmaları əhənglə boyayırdı.[4]
Anqelina 1929-cu ildə traktorçuluq kurslarına getməyə başlayıb. O 1933-cü ildə sadəcə qadınlardan ibarət traktor briqadası təşkil etmiş və bu briqada verilmiş kvotanın 129%-ni yerinə yetirərək rayonun traktor komandaları arasında birinci olmuşdur.[2] Anqelina bununla da məşhur olmuş, mediada önə çıxmış və təbliğat afişalarında təsvir edilməyə başlamışdır.
1935-ci ildə Kremldə partiya və dövlət rəhbərləri ilə konferasda iştirak etmiş "Kənd Təsərrüfatı Əməyi Çempionları" sırasında Praskoya Anqelina da var idi. O həmin konfransda öz rayonunda qadınlardan ibarət daha 10 traktor dəstəsi təşkil edəcəyini rəsmən vəd etmişdir. Anqelin 1937-ci ildən Sov.İKP(b)-nin üzvü olub və SSRİ Ali sovetinin deputatı seçilib.[2] Anqelina 1938-ci ildə "Yüz min rəfiqə - traktora!" (rus. "Сто тысяч подруг - на трактор!") adlı müraciət imzalayıb.[5] O, bu şüarla məşhurlaşmış və texniki biliklərə malik sovet qadın işçilərinin simvoluna çevrilmişdir.
Qadınların çiyin-çiyinə verərək traktorla işləməsi İkinci Dünya müharibəsindən əvvəl və müharibə zamanı daha çox kişinin Sovet Ordusuna çağırılmasına şərait yaratdı. İkinci Dünya müharibəsi illərində Anqelina Moskvada iki il kənd təsərrüfatı üzrə təhsil almış və hərbi əməliyyatların sonuna qədər Qazaxıstan SSR-də briqada rəisi işləmişdir.[6][7] Müharibədən sonra o, Starobeşevo qayıtmış və burada da eyni vəzifədə işləmişdir.
Praskoya Anqelina 1948-ci ildə nəşr olunmuş "Lyudi kolxoznıx poley" adlı avtobioqrafik kitabın müəllifidir.[1]
Anqelina 1959-cu ildə Moskvada sirrozdan vəfat etmiş və Starobeşevoda dəfn edilmişdir. Orada bir küçəyə onun adı verilmiş, muzey açılmış və tuncdan büstü qoyulmuşdur.[8]
Anqelina iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1947, 1958), həmçinin "Stalin" mükafatı laureatı (1946) olub, üç Lenin ordeni və bir "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilib.[1]