Pul yandırma — pulu məhv etmək üçün məqsədyönlü hərəkət. Prototip nümunədə əsginaslar yandırılaraq məhv edilir. Pul yandırmaq hər hansı bir tərəfi birbaşa zənginləşdirmədən sahibinin sərvətini azaldır. Bu həmçinin, pul kütləsini azaldır və inflyasiya tempini (çox cüzi) ləngidir.
Pul adətən ya bədii effekt, etiraz forması və ya siqnal kimi mesaj göndərmək üçün yandırılır. Bəzi oyunlarda oyunçu bəzən pul yandırmaq qabiliyyətindən faydalana bilər (cinslərin döyüşü). Bəzi yurisdiksiyalarda pulun yandırılması qeyri-qanunidir.[1]