Qırmızıdaş qalası — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndindən şimalda arxeoloji abidə.
Qırmızıdaş qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Kəngərli rayonunun Çalxanqala kəndi |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Qala qərbdən sıldırım qayalarla əhatə olunduğundan təbii mühafizəyə malikdir. Qalanın az müdafiə olunan digər hissələri iri daşlardan hörülmüş müdafiə divarı ilə möhkəmlən dirilmişdir. Sahəsi 3150 m²-dir. Abidə AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmışdır. Mədəni təbəqənin qalınlığı 0,5-1,5 metr arasındadır. Qala divarı düzbucaqşəkilli çıxıntılarla möhkəmlən dirilmişdir. Orijinal arxitekturaya malik olan qalanın tikinti texnikası Naxçıvanın qədim qalaları üçün xarakterikdir. Qalanın içərisindəki binalar qala divarına birləşik olub, divar boyunca inşa olunmuşdur. Binaların bəzisi qalanın mərkəzi hissəsindədir.
Yerüstü materialllar boz və çəhrayı rəngli keramika parçalarından ibarətdir. Arxeoloji tapıntılar və keramika Dəmir dövrü üçün xarakterikdir.
Abidə e.ə. VII-VI əsrlərə aid edilir.