Qara-Həmid döyüşü

Qara-Həmid döyüşü — Sultan Səlimin şəhzadəlik dövründəki və həyatı boyunca aldığı II yenilgidir.

Qara-Həmid döyüşü
Səfəvi-Osmanlı münasibətləri
Tarix 1510
Yeri Qara-Həmid qalası
Səbəbi Şəhzadə Səlimin qızılbaş torpaqlarına hücumları
Nəticəsi Səfəvilər qalib gəldi
* Şəhzadə Səlim və ordusu geri çəkilməyə məcbur oldu[1]
* Qızılbaşlar çoxlu qənimətlə paytaxta geri qayıtdılar
Münaqişə tərəfləri

Osmanlı İmperiyası

Səfəvilər İmperiyası

Komandan(lar)

Şəhzadə Səlim
Mustafa paşa

Qara xan Ustaclı

Tərəflərin qüvvəsi

30.000-40.000

10.000-12.000

İtkilər

Ağır

Bilinmir

Döyüş əvvəli yaşananlar

[redaktə | mənbəni redaktə et]

Xorasan və Türküstan yürüşlərini uğurla başa vurub Təbrizə qayıtdıqdan bir müddət sonra Şah İsmayıl Diyarbəkr hakimi Məhəmməd xan Ustaclıdan yeni bir məktub aldı. Bu məktubda Məhəmməd xan, Osmanlı sultanı Sultan Bəyazidin oğlu Şəhzadə Səlimin Səfəvi səltənətini qərb sərhədləri boyunca yaratdığı narahatlıqlardan xəbər verilirdi.

Məhəmməd xanın yazdığına görə, Şəhzadə Səlim böyük sayda qoşun toplayaraq Mustafa paşa ilə birlikdə Qarahəmid qalası üzərinə hücum etmişdi. Həmin vaxt Məhəmməd xan Ustaclı xəstə olduğundan onun qardaşı Qaraxan 10–12 min nəfərlik qoşun dəstəsi ilə Osmanlı qoşunlarının qarşısına çıxmasına icazə vermişdi. Bundan sonra Qara xan Osmanlı ordusuna böyük zərbə vurmuşdu. Qara xanın sərhədi keçdiyini öyrənən Mənbələrin məlumatına görə, sultan qoşunları niyyətlərinə nail ola bilməyərək geri qayıtmaq məcburiyyətində qalmışdılar.[2] Bu əməliyyat cəmi 15 gün çəkmişdi. Şah İsmayıl bu xəbərdən son dərəcə qəzəbləndi və Məhəmməd xana göndərdiyi məktubunda ondan tələb etdi ki, Şəhzadə Səlimin yenidən Səfəvi sərhədlərinə hücum edəcəyi təqdirdə dərhal ona xəbər göndərsin. Şah İsmayıl bəyan etdi ki, şəxsən özü gələrək Osmanlı sultanının oğlunun qarşısını kəsəcək və onun başının dərisini soyub çıxaracaqdır.[3][4] Bununla belə, Şah İsmayıl Osmanlı sultanına məktub yazmağı da məqsədəuyğun saydı. Həmin məktub və qiymətli hədiyyələr Süleyman Yasavula verildi ki, elçi kimi Sultan sarayına yollansın, məktub və hədiyyələri Osmanlı Sultanına çatdırsın. Hədiyyələrə Əbülxeyir xandan götürülmüş qənimətin bir hissəsi, Çingiz xan ələminin bir parçası, Əbülxeyir xanın qana bulanmış taxtının qərqərəsi daxil idi.

  1. Aləmara Sahib, s.500-501
  2. Aləmara Sahib, s.500–501
  3. Aləmara-yi Səfəvi. Tehran, 1350, s.455
  4. Aləmara-yi Şah İsmayıl. Tehran, 1384, s.500–501