Qoçgiri — Türkiyədə daha çox Sivasın İmranlı və Zara rayonlarında, eyni zamanda Kayseri, Tunceli, Ərzincan və Qəhrəmanmaraş vilayətlərində yaşayan zaza tayfası. Onlar kurmanc dilində danışır və ələvi inanclıdırlar. Bu tayfa İranın Xorasan regionundan gəlmişdir, həmçinin onların mənşəcə türkmən olduğu güman edilir. Tayfa ən çox 1921-ci ildə Türkiyə əleyhinə qaldırılan Qoçgiri üsyanı ilə tanınır.[1][2]
Onlar Türkiyədə Sivasın İmranlı rayonuna bağlı kəndlərdə, eləcə də Zara başda olmaqla digər rayonların və digər vilayətlərin sərhədləri daxilində yaşayır.[3]
Tayfa başçıları Alişan və Heydər bəyin dəstəyi ilə 1921-ci ilin mart ayında Sivasda başlayan Qoçgiri üsyanı 11 aprel 1921-ci ildə Ankara hökumətinin həyata keçirdiyi əməliyyat ilə qısa müddətdə sona çatmışdır. Üsyan Nurəddin Paşa və Topal Osmanın başçılığı altında Girəsun Abazalı Könüllü Alayları tərəfindən yatırılmışdır.[4]