Qotur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd.[1]
Kənd | |
Qotur | |
---|---|
Ölkə | Ermənistan |
Region | Abaran mahalı |
Rayon | Abaran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Abaran çayının sağ qolu üzərində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir[2]. Kəndin digər adı Qoytur olmuşdur[3].
Kəndin adı 1931-ci ildən sonrakı mənbələrdə çəkilmir. İndi xaraba kənddir.
Toponim Azərbaycan dilində «bitkisiz, otsuz yer» mənasında işlənən qotur sözü[4] əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir.
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır.
Türkmənçay müqaviləsindən sonra, 1830-40-cı illərdə İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir[5].
Burada ermənilərlə yanaşı 1873 - cü ildə 72 nəfər, 1886-cı ildə 80 nəfər, 1897-ci ildə 100 nəfər azərbaycanlı yaşamışdır[6].
1904, 1914 - cü illərdə kənddə yaşayan azərbaycanlı və ermənilər qarışıq şəkildə göstərilmişdir[7].
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.