«Qroznı-Citi» — Qroznı şəhərinin mərkəzində, Əhməd Kadırov prospekti boyunca, Sunja çayının sdahilində yerləşən çoxmərtəbəli binalar kompleksi.
Qroznı-Citi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Növü | Yaşayış və biznes kompleksi |
Memarlıq üslubu | Futurizm |
Ölkə | Çeçenistan |
Şəhər | Qroznı |
Koordinatlar | 43°18′56″ şm. e. 45°41′52″ ş. u. |
Şərəfinə adlandırılıb | Qroznı |
Tikintisinin başlaması | 2007 |
Açılma | 5 oktyabr 2011 |
Texniki detallar | |
Material | Dəmir-beton |
Dizayn və konstruksiya | |
Memar | Camal Kadıyev |
Veb-sayt | |
grozny-city.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Kompleksin ümumi sahəsi 4,5 hektardır. Yeddi çoxmərtəbəli bina (yaşayış binaları, otel, ofis və iş mərkəzi) var: biri 40 mərtəbəli, biri 30 mərtəbəli, üçü 28 mərtəbəli və ikisi 18 mərtəbəli. Yaşayış binalarındakı mənzillərin ümumi sayı 700-dür. Bir mənzilin faydalılıq sahəsi 68 ilə 280 m² arasındadır. Fenix yaşayış binasının ilk iki mərtəbəsində ticarət mərkəzi yerləşir. Yaşayış binalarının yanında, 303 otaqlı 28 mərtəbəli beşulduzlu otel və ümumi sahəsi 34.000 m² olan 30 mərtəbəli ofis və iş mərkəzi tikilmişdir. Otelin damında vertolyot meydançasıvardır. Oteldə bir üzgüçülük hovuzu, spa mərkəzi, idman zalı, 3 restoran, 32-ci mərtəbədəki şəffaf günbəzin altındakı kafe və ticarət köşkləri yer alır. Göydələnlərin hər birinin altında ümumi tutumu təxminən 3000 maşın olan iki yeraltı dayanacaqlar var.
Qroznı-Citi 2-nin ikinci mərhələsi, Rusiya və Avropada ikinci ən yüksək bina olaraq planlaşdırılan (Sankt-Peterburqdakı Laxta-mərkəzdən sonra) 102 mərtəbəli 435 metrlik çoxfunksiyalı Əhməd Towerin inşasını əhatə edir. Yaxınlıqda 54 mərtəbəli 189 metr çoxfunksiyalı "Şahmat Akademiyası" mərkəzinin tikilməsi də planlaşdırılır.
5 oktyabr 2011-ci ildə kompleksin ilk mərhələsinin rəsmi açılışı baş tutur. Memarlıq dizaynı Deniz Ceyhun Baykana və struktur dizaynı Yüksel Konkana məxsusdur. Bina futurizm memarlıq üslubunda tikilmişdir. Komlpeksin memarı Camal Kadıyevdir.
3 aprel 2013-cü il tarixdə Olimp Tower-də yanğın baş verdi. Birinci mərtəbədən başqa bütün mərtəbələr oda bürünür. Yanğın saat 01: 30-da (Moskva vaxtı ilə) söndürülür[1]. Binada tamamlanma işləri aparıldığı üçün yaşayış olmayıb və bu da itkilərin qarşısını almağa imkan verib. 30 sentyabr tarixinə qədər binanın yanmış hissəsinin bərpası ilə bağlı bütün işlər başa çatdırılıb[2].