Quaptvaxt binası

Quaptvaxt binasıRostov vilayəti Novoçerkassk şəhəri ərazisində yerləşən bina. Novoçerkassk şəhərində mövcudluğunu qoruyub saxlayan qədim binalardan biridir. Quaptvaxt 1856-cı ildə kazak atamanı Mixail Qriqoryeviç Xamutovun dönəmində inşa edilmişdir. Hazırda binada hərbi komendatura yerlşir. Zirzəmi isə yenə də quaptvaxt kimi istifadə edilir. Bir zamanlar binada inqilabçı Nikolay İvanoviç Kibalçik, gələcəkdə şair olan Mixail Vasilyeviç İsakov həbsdə saxlanılmışdır[1]. Novoçerkassk Quaptvaxt binası haqqında Aleksey Nikolayeviç Tolstoyun "Əziyyətli gediş" romanında qeyd edilir:

Quaptvaxt binası
rus. Гарнизонная гауптвахта в Новочеркасске.jpg
Xəritə
47°24′46″ şm. e. 40°06′16″ ş. u.
Ölkə  Rusiya
Şəhər Novoçerkassk
Tikilmə tarixi 1856
Memarlıq quruluşu klassisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
" Gözlərimi bağlayıram, Vadim Petroviç, və indi necə qanla örtülmüş binanın pilləkənlərini görürəm... Bu zaman mən yaxınlıqdan keçirdim - qəribə qışqırıqlar eşidirəm, bilirsinizmi elə səslər ki o ancaq insana əziyyyət verilərkən olur... Günün günortasında, Donun paytaxt mərkəzində... Yaxınlaşıram. Quaptvaxtın qarşısənda tələsən kazaqlardan ibarət bir topluluq var. Susub dinləyirlər, kolonnada nəsə baş verir, əhali qorxur. Karaul binasından iki işçı çıxır, onlar bolşevizmə təsubkeşliklərimə görə həbs edilmişlər Siz bilirsiniz — təsübkeşlik nədir. İndicə onların əllərini kolona bağlayırlar. Dörd kazak isə onları üzlərinə və arxalarıns vurur. Ancaq fit, əlçalmalar, ət və qan, elə bil heyvanlar pilləkənlərə axır... Məni təəccübləndirmək olduqca çətin olsa da, o zaman təəccüblənmişdim, olduqca qorxunc şəkildə bağırırdılar... Təkcə bir fiziki ağıdan bu cür qışqırmırlar... "

Böyük incəsənət qiyməti daşıyan gözəl bir bina. Quaptvaxt binası bir mərtəbədən ibarətdir. Binanın önündə iki kolonna vardır. Dişvarı karnizlərə sahibdir. Pəncərlər binanın sağ və solunda yerləşir. Sandrik seqmentləri ilə işlənmişdir. Binanın səthi geotermik təsvirli relyeflə işlənmişdir. Binanın künclərində belə pilyastrlar vardır. Binanın öxünəməxsus xüsusiyyəti fasadının mərkəzində lajanın olmasıdır[2][3].

  1. "Здание бывшей войсковой гауптвахты" (rus). Novocherkassk.net. 2017-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-03.
  2. "Русский классицизм" (rus). Rostov Region. 2018-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-03.
  3. "Центральные кварталы города" (rus). Rostov Region. 2012-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-03.