Qubalı Əhmədxan (usmi)

Qubalı ƏhmədxanQaytaq usmiliyinin usmisi. XVII əsr Dağıstan tarixində hərbi-siyasi xadim. Üsmi Hüseyn xanın oğlu.

Qubalı Əhməd
Əhməd xan Hüseyn xan oğlu
Qaytaq usmisi
1706 – 1711
ƏvvəlkiƏmir Həmzə
SonrakıBöyük Əhməd xan
Şəxsi məlumatlar
Doğum yeri Məcəlis, Qaytaq usmiliyi
Vəfat yeri Məcəlis, Qaytaq usmiliyi
Atası Hüseyn xan
Dini İslam

Atası Hüseyn xanın ölümündən sonra Əhməd xan qubalıların və Qaytaqdakı tərəfdarların dəstəyi ilə 1710-cu ildə Başlılar və Məcəlislilərlə birlikdə tərəkəmələr yaşayan Tərəkəməni və Aşağı Qaytağı fəth etdi və usmiyə çevrildi.[1] O zamankı usmi Əmir Həmzə dağlıq bölgələrə qaçdı və bəzi məlumatlara görə təqribən 1710-1711-ci illərdə vəfat etdi.

Lakin Əhməd xan uzun müddət hökmranlıq edə bilmədi. Qaytaqda böyük daxili qarşıdurma başladı. Usmi Rüstəm xanın nəvəsi və Ullubinin oğlu Böyük Əhməd xan Əmir-Həmzənin ölümündən sonra Qubalı Əhməd xana qarşı çıxdılar. Təxminən 1711-ci ildə onlar, Qubalı Əhməd xanı Başlıdan Məcəlisə qovmağa nail oldular. Bundan sonra Böyük Əhməd xan, Qubalı Əhməd xanın yaxın adamlarından birini öz tərəfinə çəkdi və o, gözlənilmədən onu Məcəlisdə öz evində qətlə yetirdi.[2][3][4]

XIX cu əsrə aid bir mənbədə Qubalı Əhməd xanın ölüm tarixi kimi 1703-cü il göstərilir. Onun Məcəlisdə dəfn edildiyi də deyilir.[5]

  1. Магомедов Р. М. Даргинцы в дагестанском историческом процессе. II (3000 nüs.). Мх.: ru:Дагестанское книжное издательство. 1999. 197. ISBN 5-297-00577-9.
  2. Бакиханов А. Гюлистан-Ирам (Издание Общества обследования и изучения Азербайджана. Вып. 4). Б. 1926. 101.
  3. Магомедов М.Г., Шихсаидов А.Р. Калакорейш (Крепость курейшитов). Мх.: Изд-во “Юпитер”. 2000. 96.
  4. Алкадари, Г. Асари Дагестан (Исторические сведения о Дагестане). Мх.: Издание Дагестанского Научно-Исследовательского Института. Перевод и примечания Али Гасанова (Алкадари). 1929. 53.
  5. Родословная таблица Кубинских ханов // Акты, собранные Кавказской археографической комиссией / Под ред. А. П. Берже. — Тф.: Тип. Глав. управ. наместника кавказского, 1875. — Т. 6, Ч. 2. — С. 907.