Qum və dumandan ev (ing. House of Sand and Fog) — 2003-cü ildə çəkilmiş amerikalı rejissor Vadim Perelmanın debüt filmidir. Film dram janrındadır. Əsas rollarda Cennifer Konneli və Ben Kinqsli çəkilmişlər.
Qum və dumandan ev | |
---|---|
ing. House of Sand and Fog | |
Janr | dram |
Rejissor | Vadim Perelman |
Prodüser | Maykl London |
Ssenari müəllifləri |
Vadim Perelman Şon Lourens Otto |
Baş rollarda |
Cenifer Konneli Ben Kinqsli Şöhrə Ağdaşlı |
Operator | Rocer Dikins |
Bəstəkar | Ceyms Horner |
İstehsalçı | DreamWorks |
Distribütor | DreamWorks, Netflix |
İlk baxış tarixi | 19 dekabr 2003[1], 17 fevral 2005[2] |
Filmin növü | bədii film |
Müddət | 126 dəqiqə |
Büdcə | 16 500 000 $ |
Gəlir | 16 942 795 $ |
Ölkə | ABŞ |
Dillər |
ingilis dili fars dili |
İl | 2003 |
Rəng | rəngli |
Çəkiliş yeri | San-Fransisko, Kaliforniya, Malibu |
IMDb | ID0315983 |
Filmin süjet xəttini 2 insanın bir evə sahib durmaq uğrunda mübarizəsi təşkil edir. Bu kiçik bunqalo onların həyatında unudulmaz bir iz qoyur. Keti Nikolo (Cenifer Konneli) üçün bu ev atasından miras qalmış yeganə şeydir və narkotik aludəçiliyindən azad olduqdan sonra yenidən normal həyata qayıtmaq üçün yeganə şansdır. Lakin bürokratik səhv nəticəsində Ketini evdən çıxarırlar və ev auksionda İran əsilli Məsud Əli Behraniyə (Ben Kinqsli) ucuz qiymətə satılır. Onun üçün bu ev — bütün arzuların reallaşması deməkdir. Bu səbəbdən, o ailəsi ilə birlikdə İranı tərk edib, Amerikaya yollanmışdır. İranda Hərbi Hava Qüvvələrinin polkovniki olmuş Behrani İran inqilabından sonra oranı tərk etməyə məcbur olur. Amerikada böyük zəhmət bahasına topladığı pullara bu evi almaq qərarına gəlir. Hər iki tərəf fundamental məqsəd uğrunda mübarizə aparırlar. Bu bunqalo təkcə ev demək deyil — bu ev ailənin mövcud olduğu məkandır. O ailənin ki, Keti itirib, Behrani isə dağılmaqdan qorumağa çalışır. Hamı bilir ki, Ketinin evi haqsız yerə onun əlindən alınıb, lakin Behrani də günahsızdır — o yalnız ailəsini xoşbəxt və qayğısız görmək arzusundadır. Burada sadə hərəkət yoxdur, istənilən səhv addım böyük faciəyə səbəb ola bilər.
Film tamaşaçılar arasında populyarlıq qazanmasa da, kinokritiklər filmə yüksək qiymət vermişlər.Filmin real insan taleyini əks etdirməsi, dərin mənaya malik olması ona çoxlu sayda mükafatlara sahib olmağı təmin etmişdir.
Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |