Qurbantəpə (dağ)

Qurbantəpə dağı[1]Azərbaycanda, Qubadlı rayonu, Məlikəhmədli kənd yaxınlığında yerləşən dağ. Dağın maksimal hündürlüyü 1075 metrdir[2].

Qurbantəpə dağı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1075 m
Yerləşməsi
39°27′03″ şm. e. 46°32′07″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Vilayət
Qurbantəpə dağı xəritədə
Qurbantəpə dağı
Qurbantəpə dağı

Gorusdan Qubadlıya gedən yolun sağ kənarındadır. Məlikəhmədli kəndindən Yazı düzünə çıxan Gülsəyeri yolunun sağ hissəsində yerləşir.

Qurbantəpə toponimi “qurban vermə” və ya “qurban kəsmə” hadisəsi ilə bağlı olaraq meydana gəlmişdir. Yerli sakinlərin sözlərinə görə uzun zaman yağış yağmadıqda və ya quraqlıq baş verdikdə, bu təpədə qurban kəsmə ayini icra edilirdi. Beləki Yazı düzündə aparılan əkinlər dəmyə istiqamətli olması səbəbindən əkin ancaq yağıntı sularına əsaslanırdı.[3]

  1. "Qurbantəpə dağı" (az.)). mapcarta.com. 2019-01-21. 2019-01-231 tarixində arxivləşdirilib. İstifadə tarixi: 231-0112-2019.
  2. "Qurbantəpə dağı". 2019-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
  3. Qurbantəpə (dağ) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.