Rüstəm İmanzadə

Rüstəm Nazim oğlu İmanzadə (15 iyul 1998, Lənkəran) — Azərbaycanlı ağır atlet. Ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyinin qalibi.[1]

Rüstəm İmanzadə
Şəxsi məlumatlar
Vətəndaşlığı  Azərbaycan
Doğum tarixi (25 yaş)
Doğum yeri Lənkəran, Azərbaycan
Boyu 1.68 m
Çəkisi 61 kq
İdman növü Ağır atletika

Rüstəm İmanzadə 1998-ci il iyulun 17-də Lənkəran şəhərində anadan olub. "Zirvə" İdman Klubunun gənc, eyni zamanda çox təcrübəli məşqçisi Qasımov Anarın rəhbərliyi altında məşqlərə başlayan gənc atlet ilk yarışlardan özünü yaxşı tərəfdən göstərə bilib. Klubun zona, final və kubok yarışlarında, həmçinin respublika birinciliklərində uğur qazanan İmanzadə, 2013-cü ilin sentyabrında böyük beynəlxalq qələbəyə də imza atıb.[2]

Rüstəm İmanzadə 2009-cu ildən 2014-cü ilə qədər hər il respublika çempionatlarının qalibi olub.

Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa birinciliyində, yaşı 15-ə qədər olan oğlanların yarışında Rüstəm İmanzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gənc atlet yarışda ilk yanaşmasında 95 kq sifariş verərək onu rahatlıqla qaldırıb. Bu isə bu hərəkətdə qızıl medal qazanmaq üçün yetərli olub. Toplamda 233 kq (103 kq + 130 kq) nəticə nümayiş etdirən Rüstəm Avropa çempionu olub.[2]

Rüstəm İmanzadə Azərbaycan Kubokunun qalibi, yeniyetmələrin dünya birinciliyində 5-ci yerin sahibi, 2012-ci ildə Bursa şəhərində keçirilən 3-cü Beynəlxalq Rumi Uşaq İdman Oyunlarının qızıl medalçısı, yeniyetmələr və böyüklər arasında Azərbaycan çempionu adını qazanıb. Rüstəm Sinkleyr cədvəli üzrə Avropa birinciliyinin ən yaxşı idmançısı seçilib. Onun çempionatda aldığı nəticə yaşı 15-ə qədər olan idmançılar arasında ən yüksək olub.[2]

Rüstəm İmanzadə 2014-cü ildə Kiprin Limasol şəhərində keçirilən qitə birinciliyində birdən qaldırmada 3-cü yerin sahibi oldu,[2] lakin təkanla qaldırmada isə ciddi zədə aldı. 148 kq ağırlığı qaldırarkən onun sağ qolu qırılıb və belindən ağır zədələnib. Rüstəm 1 il daimi müalicə alsa da, müalicəsi yarım qalıb və bu səbəbdən karyerasını bitirmək məcburiyyətində olub.[3][4]

  1. "Lənkəranlı İdmançı Rüstəm İmanzadə Avropa Çempionudur!". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  2. 1 2 3 4 "İmanzadə Rüstəm — Bioqrafiya". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  3. ""16 yaşımda zədə aldım, 7 ildir yeriyə bilmirəm" — Avropa çempionu". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  4. "Dünya şöhrətli Azərbaycanlı idmançı Rüstəm İmanzadə -Fotolar". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]