Ribonuklein turşuları da DNT kimi monomerləri nukleotidlər olan po- limer birləşmələrdir. Onlar da azot əsası, karbohidrat (pentoza) və fosfat qalığından ibarət olan 4 növ nukleotid birləşməsindən yaranır.Lakin RNT-də nukleotidlər tərkibinə görə DNT-dəkindən bir qədər fərqlənir . Belə ki,RNT-də karbohidrat DNT-dəki kimi dezoksiriboza deyil, ribozadır. Bu səbəbdən də RNT-yə ribonuklein turşusu deyilir. Bundan başqa, RNT zərcirində timin (T) azotlu əsası əvəzinə, ona quruluşca yaxın olan urasil (U) durur. Digər fərqlərdən biri isə RNT-nin bir zəncirdən ibarət olmasıdır.RNT-yə nüvədə,mitoxondridə, xloroplastlarda, ribosomda, nüvəcikdə, bir sözlə, zülal sintezi gedən bütün hissələrdə rast gəlinir. DNT-nin növləri. Hüceyrədə RNT-nin ribosom, məlumat, nəqliyyat RNT-si adlandırılan bir neçə növü vardır ki, onlar da zülal sintezində iştirak edir. Hər üç növ RNT, DNT-də sintez olunur.
Ribosom RNT-si (r-RNT). Ribosomun əsas tərkib hissəsini təşkil edir. DNT üzərində nüvəcik tərəfindən sintez edilir,ən iri RNT molekulu olub, tərkibində 3-5 min nukleotiddən ibarətdir. Hüceyrədə bütün RNT-lərin 85%-ni təşkil edir.