Rakoviçka üsyanı

Eugen Kvaternikin ölümü

Rakoviçka üsyanı (xorv. Rakovička buna) — 1871-ci ilin 8–11 oktyabrında Xorvat siyasətçi Eugen Kvaternikin rəhbərliyi alttında Xorvatiyanın cənub-şərqində yerləşən Rakoviçka adlanan ərazidə başlayan Avstriya-Macarıstan hakimiyyətinə qarşı üsyan, Xorvat dövlətçiliyini ilk elan etmə cəhdi.[1]

XIX əsrin II yarısında Xorvatiya da Avstriya Macarıstan imperiyasının bir hissəsi idi.

1871-ci ilin oktyabrının əvvəllərində Eugen Kvaternik və Xorvatiya partiyasının bir neçə üzvü həm dövlətin, həm də öz partiyalarının fəaliyyətindən narazı olduqlarına görə Vyanada Osmanlı imperiyası ilə sərhəddə hərbi məntəqələrdə yaşayan "qraniçarlar" — Vyanada xorvat və serb mənşəli avstriyalı sərhədçilər arasındakı dövlətin hərbi-inzibati siyasətinə qarşı narazılığından istifadə etməyə cəhd etdilər və üsyan başladı. Üsyançılar aşağıdakı məqsədlərini bəyan etdilərː

  • Xorvatların Avstriya və Macar sıxışdırılmasından azad edilməsi;
  • Müstəqil Xorvatiya dövlətinin elan edilməsi;
  • Hər kəsin qanun qarşısında bərabərliyi;
  • Bələdiyyə özünüidarəçiliyi;
  • Hərbi sərhədlərin ləğvi və azad jupaniyaların (Xorvatiyanın əsas inzibati-ərazi vahidi) yaradılması;
  • Bütün dinlərə qarşı hörmət;

Üsyan rəhbərləri bir neçə yüz "qraniçarı" silahlı mübarizəyə qaldırmağa nail oldular və Rakoviçkada Müvəqqəti Xorvat Xalq İdarəçiliyi (Privremenа narodnа hrvatskа vladа) formalaşdırdılar. Lakin Rakoviçkada qalxan üsyana qarşı Avstriya-Macarıstan hərbi hakimiyyətinin sürətli reaksiyası, nizamlı piyada alayı və jandarmeriyanın üsyanın yatırılmasına cəlb edilməsi Xorvat dövlətini yaratmaq istiqamətində edilən bu ilk cəhdi cəmi 4 günə yatırmağa imkan verdi. Eugen Kvaternik və bir neçə silahdaşı döyüş meydanında həlak oldu, üsyançıların bir çoxu ələ keçirilib hərbi məhkəmənin qərarı ilə güllələndi və ya uzunmüddətli həbs cəzasına məhkum edildi.[1]

Üsyan rəhbəri Kvaternikin Rakoviçkada 1933-cü ildə qoyulan abidəsi II Dünya Müharibəsi illərində kommunist hakimiyyət tərəfindən götürülsə də, yenidən yerinə qaytarılmışdır. Abidə Xorvatiyada müharibə vaxtı serb əsgərləri tərəfindən dağıntılara məruz qalıb və 1996-cı ildə yenidən bərpa edilib.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 "1871: Eugen Kvaternik, for the Rakovica revolt". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.
  2. "Komunisti Kvaternika zamijenili palim borcima, a srpski teroristi na njemu vježbali gađanje". 2016-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-30.