Ribes cyathiforme

Qara qarağat (lat. Ribes nigrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.

Qara qarağat
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbiətdə növün arealı Avropanın bütün ərazisini, Rusiyanın Avropa hissəsini, Sibiri (Uraldan Baykal gölünədək), Qazaxstanı, Çini və Monqoliyanın şimalını əhatə edir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1–2 m-ə çatan bitkidir. Cavan zoğları tükcüklü, açıq, iri zoğları qonurdur. Yarpaqları uzun saplaqlı, barmaqvari formada, aşağı hissəsində qətranlı, vəzicikli olub, uzunluğu və eni 3-5 (12-dək) sm, kənarları dişli, üç-beş qanadlıdır. Qanadları əsasən enli-üçkünc, orta, uzunsov, üstü tutqun, tünd yaşıl, çılpaq, alt tərəfi damarcıqlarda tükcüklüdür. Çiçəkləri zəngvari formada, qırmızıdır. Çiçək qrupları 5-10 çiçəkli, uzunluğu 3-5 (8-dək) sm olan salxımlardır. Çiçək saplaqlarının uzunluğu 3–8 mm, çılpaq və ya tükcüklüdür. Çiçək altlıqlarının uzunluğu 1–2 mm, forması ovaldan xətvari-neştərvariyədək dəyişir. Çiçəklərin uzunluğu 7–9 mm, diametri 4–6 mm, zəngvari, bənövşəyi və ya çəhrayı-boz, üst tərəfdən çox vaxt sıx tükcüklüdür. Ləçəkləri ovaldır. Kasayarpaqları üstə əyilmiş, ucu biz, çox enlidir. Meyvəsinin diametri 1 sm-dək, qara-qonur və ya yaşılımtıl giləmeyvədir. Mayda, iyunda çiçəkləyir. İyulda meyvə verir. Bitki toxum və pöhrələrlə, oduncaqlaşmış qələmlərlə çoxaldılır.

Bitki işıqlı yerlərdə, yumşaq, rütubətli, məhsuldar, gillicə torpaqlarda bitir. Turş torpaqlarda zəif böyüyür, yarımkölgədə az çiçəkləyir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Şəkidə, Gədəbəydə çay kənarlarında rast gəlinir.

Giləmeyvələrində limon, alma, askorbin, salisil, nikotin turşuları, şəkər, antosian və flavonoid maddələri vardır. Yarpaqları askorbin turşusu və fitonsidlərlə zəngindir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 201.