Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə.
Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir.[1][2] Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Sünnilərin ilkin və məşhur hədis qaynaqları: