Hacıyev Sədi Məhəmməd oğlu — Zaqafqaziyada statistika üzrə ilk alim,[1] iqtisadiyyat elmləri doktoru.
Sədi Hacıyev |
---|
Sədi Məhəmməd oğlu Hacıyev |
|
Doğum tarixi |
22 mart 1930(1930-03-22) |
Doğum yeri |
|
Vəfat tarixi |
23 may 2006(2006-05-23) (76 yaşında) |
Elm sahəsi |
statistika |
Elmi adı |
|
İş yerləri |
|
Təhsili |
|
Sədi Hacıyev 1930-cu il mart ayının 22-də Gürcüstan SSR-in Marneuli rayonunun Qaçağan kəndində anadan olmuşdur. 1947-ci ildə Qaçağan orta məktəbini bitirmiş, 1947-1948-ci illərdə həmin məktəbdə müəllim vəzifəsində işləmişdir. 1948-ci ildə K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun ticarət-uçot fakültəsinin statistika şöbəsinə daxil olmuş və 1952-ci ildə həmin institutun statistika ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1952-1953-cü illərdə K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun statistika kafedrasında müəllim vəzifəsində işləmişdir.
1953-cü ildə Moskva İqtisadi Statistika İnstitutunun "Statistikanın ümumi nəzəriyyəsi" kafedrasında əyani aspiranturaya daxil olmuş, 1956-cı ildə həmin institutda aspiranturanı bitirdikdən sonra təyinat əsasında K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun statistika kafedrasında müəllim vəzifəsində işləməyə göndərilmişdir. Burada statistikanın ümumi nəzəriyyəsi, iqtisadi statistika, ticarət statistikası, statistikanın tarixi, beynəlxalq statistika fənlərini tədris etmişdir.
1958-ci ildə Moskvada İqtisadi Statistika İnstitutunda statistika ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmiş ilk azərbaycanlı olmuşdur. 1959-cu ildən S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması" kafedrasında statistika ixtisası üzrə baş müəllim, 1963-cü ildən isə dosent vəzifəsində işləmişdir. 1963-cü ildə Azərnəşrdə 3,0 ç.v. həcmində "Azərbaycan SSR-nin kolxozlarında əsas fondların statistikası" mövzusunda kitabçası çapdan çıxmışdır. Universitetin iqtisadiyyat fakültəsinə tələbə qəbulunun artması ilə əlaqədar olaraq 1964-cü ildə statistika kafedrası təşkil olunmuşdur. 1964-cü il yanvarın 17-də statistika kafedrasına müdir vəzifəsinə seçilmişdir. Bundan sonra statistika fənni üzrə çox sayda proqram və dərs vəsaiti hazırlamışdır. Həmin dövrdə onun rəhbərliyi altında kafedranın bütün müəllim kollektivinin cəlb edilməsi nəticəsində statistika fənninin hər bir mövzusu üzrə əyani dərs vəsaiti tərtib edilmişdir. 1964-cü ildə 3,0 ç.v. həcmində statistikanın ümumi nəzəriyyəsi ilə bağlı dərs vəsaiti hazırlamışdır.
1966-cı il sentyabr ayının 1-dən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adı ilə fəaliyyət göstərən "Statistika" kafedrasında müdir vəzifəsində çalışmağa başlamışdır. 1967-ci ildə 6,0 ç.v. həcmində "Statistikanın ümumi nəzəriyyəsi" adlı dərs vəsaiti tərtib etmişdir. Onun rəhbərliyi altında 1969-cu ildə 3,0 ç.v. həcmində "Statistika lüğəti" kitabı və 12 ç.v. həcmində "İqtisadi statistika" dərs vəsaiti nəşr olunmuşdur.
1970-ci ildən "Statistika" kafedrasının elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik etməyə başlamışdır. Onun rəhbərliyi ilə kafedranın müəllimləri böyük həcmdə "İctimai istehsalın səmərəliliyinin yüksəldilməsi problemlərinin iqtisadi-statistik təhlili" mövzusunda büdcə-tədqiqat işini yerinə yetirmişdir.
1970-1982-ci illərdə təsərrüfat hesablı bir sıra elmi-tədqiqat işinin yerinə yetirilməsinə rəhbərlik etmişdir. Bunlardan "Azərbaycan SSR-də üzümçülüyün səmərəliliyinin yüksəldilməsi problemləri" mövzusunda 26,0 ç.v. həcmində, "Ağcabədi rayonunun təsərrüfatlarında istehsalın iqtisadi faydalılığının yüksəldilməsi məsələləri" mövzusunda 16,0 ç.v. həcmində elmi işləri göstərmək olar. Bunlarla yanaşı rus dilində statistika kitablarının tərcümə edilməsi sahəsində geniş fəaliyyət göstərmişdir. 1966-cı ildə M. İ. Manoxinin "Kənd təsərrüfatı statistikasının əsasları" adlı 10 ç.v. həcmində, 1968-ci ildə isə prof. İ. Q. Malının "Statistikanın nəzəriyyəsi" adlı 25 ç.v. həcmində dərs kitablarını Azərbaycan dilinə tərcümə etmişdir.
S.Hacıyev institutun ixtisaslaşdırılmış elmi şurasının, fakültə elmi şurasının, institutun elmi-metodiki şurasının, Azərbaycan SSR Təhsil Nazirliyinin iqtisadiyyat üzrə metodseksiyasının, "Azərbaycan xalq təsərrüfatı" jurnalının redaksiya kollegiyasının üzvü olmuşdur. 1959, 1970 və 1979-cu illərdə əhalinin ümumittifaq siyahıyaalınmasında fəal iştirakına görə SSRİ hökuməti tərəfindən təşəkkür almışdır. 1968-ci ildə statistika elminin və təcrübəsinin inkişafındakı roluna görə SSRİ MSİ-nin yubiley qramotası ilə təltif olunmuşdur.
1973-cü il fevralın 18-də Moskva İqtisadi Statistika İnstitutunun müdafiə şurasında "Kənd təsərrüfatında əsas fondların istifadəsinin iqtisadi-statistik tədqiqi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Statistika ixtisası Zaqafqaziyada iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüş ilk alimdir.
1974-cü ildə Azərbaycan SSR ali təhsil nazirliyinin qrifi əsasında "Maarif" nəşriyyatında 13,0 ç.v. həcmində "Statistikanın ümumi nəzəriyyəsi" adlı və 16,0 ç.v. həcmində "Kənd təsərrüfatının statistikası" adlı dərs vəsaitlərini nəşr etdirmişdir.
Statistika ixtisası üzrə kafedranın professoru kimi 1977-1989-cu illərdə nəşr olunmuş "Azərbaycan Sovet Ensiklopediyası"nda statistika məqalələrinin yazılmasında iştirak etmişdir.
Onun rəhbərliyi altında 10-a qədər mütəxəssis statistika ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
Azərbaycan müstəqillik qazanandan sonra professor S.Hacıyev uçot və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində Dövlət Statistika Komitəsinə yaxından köməklik etmişdir.
1987-ci ildə 21,0 ç.v. həcmində "Statistikanın ümumi nəzəriyyəsi" adlı dərsliyi "Maarif" nəşriyyatında nəşr etdirmişdir. 1989-cu ildə Moskvada 50,5 ç.v. həcmində əsas müəlliflər kollektivi ilə birlikdə "Statistika lüğəti" kitabını çap etdirmişdir.
SSRİ-nin bir çox şəhərlərində keçirilən simpozium və konfranslarda Azərbaycanı təmsil etmişdir. 1991-ci ildə "Statistikanın ümumi nəzəriyyəsindən" 5,0 ç.v. həcmində metodik göstəriş, 1992-ci ildə "Dinamika sıraları" adlı 6,0 ç.v. həcmində dərs vəsaiti, 1994-cü ildə "Statistikanın tarixi" adlı 6,0 ç.v. həcmində dərs vəsaiti, 1997-ci ildə 5,0 ç.v. həcmində "Statistikada indekslər" adlı dərs vəsaiti, 2005-ci ildə "Statistikanın ümumi nəzəriyyəsi" dərs vəsaitini nəşr etdirmişdir. Ümumilikdə 150 adda, 350 ç.v. həcmində elmi əsərin və metodik vəsaitin müəllifidir.
23 may 2006-cı ildə vəfat etmişdir.
İki qız və bir oğlan övladı var.
- 1918-1926-cı illərdə sovet statistikasının yaradılması və inkişafı // Statistika xəbərləri, № 5, M.:VİNİTİ, 1957.
- Sovet hakimiyyətinin ilk illərində dövlət statistikasının yerli orqanlarının təşkilinin tarixindən // Statistika xəbərləri, №5, M.: VİNİTİ, 1957.
- Dövlət statistikasının fəaliyyət göstərdiyi ilk illərdə onların işinin təkmilləşdirilməsi sahəsində partiya və hökumətin mübarizəsi. M.: MİSİ-nun nəşriyyatı, 1958.
- 1918-1928-ci illərdə sovet statistikasının yaradılması və inkişafı. M.: MİSİ-nin nəşriyyatı, 1958.
- SSRİ Mərkəzi Dövlət Statistikasının təşkili tarixindən. Buraxılış: 11. Bakı: K. Marks adına Xalq Təsərrüfat İnstitutunun nəşriyyatı, 1958.
- Kommunist Partiyası MK-nın yanvar Plenumunun qərarı əsasında sovet statistikasının vəzifələri // Kommunist qəzeti, 7 iyul, 1961.
- Kənd təsərrüfat məhsulunun bolluğu ixtisaslaşmanın mənbəyidir // Abşeron qəzeti, № 7, 1962.
- Statistikanın ümumi nəzəriyyəsi (dərs vəsaiti). Bakı: Azərbaycan Dövlət Universitetinin nəşriyyatı, 1963.
- Azərbaycan SSR kolxozlarının əsas fondlarının statistikası. Bakı: Azərnəşr, 1964.
- Kolxoz və sovxozlarda iqtisadçının kitabçası. Bakı: Azərnəşr, 1965.
- Kənd təsərrüfatı statistikasının əsasları (dərs vəsaitini tərcümə etmişdir). Sumqayıt: 1966.
- Sovet hakimiyyəti illərində Azərbaycanda statistikanın inkişafı // AzXTİ-nun Elmi nəşrləri, Buraxılış: 3, Bakı: 1967.
- Statistikanın ümumi nəzəriyyəsi (dərs vəsaiti). Bakı: "Qırmızı Şərq" nəşriyyatı, 1967.
- Statistikanın ümumi nəzəriyyəsi (metodik göstəriş) Bakı: AzXTİ-nun nəşriyyatı, 1967.
- Statistikanın ümumi nəzəriyyəsi üzrə yoxlama işi. Bakı: AzDU-nun nəşriyyatı, 1967.
- İ. Q. Malov. Statistikanın ümumi nəzəriyyəsi (dərs vəsaiti tərcümə etmişdir). Bakı: AzXTİ-nun nəşriyyatı, 1968.
- Statistikanın ümumi nəzəriyyəsi (dərs vəsaiti). Bakı: "Qırmızı Şərq" nəşriyyatı, 1968.
- İqtisadi statistika (dərs vəsaiti). Bakı: MSİ-nin nəşriyyatı, 1969.
- Kənd təsərrüfatında əsas fondlardan səmərəli istifadənin tədqiqinin iqtisadi-statistik problemləri. Bakı: MSİ-nin nəşriyyatı, 1969.
- Sosial-iqtisadi hadisələrin əlamətlərinin öyrənilməsi // AzXTİ-nun Elmi əsərləri, Buraxılış: 2, Bakı: 1969.
- "Statistika xəbərləri"nin oxucular konfransı // "Statistika xəbərləri", № 1, M.: 1969.
- Statistika üzrə terminlər lüğəti. Bakı: MSİ-nin nəşriyyatı, 1969.
- Azərbaycan SSR kolxozlarında əsas fondların təkrar istehsalının iqtisadi-statistik təhlili // Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İnstitutunun Əsərləri. Bakı: 1972.
- Quba rayonunun "Şərq" sovxozunda əməyin elmi təşkili (Büdcə işi. Mövzunun rəhbəri). Bakı: AzXTİ, 1972.
- Dinamika sıralarının işlənilməsi məsələləri // AzXTİ-nin Elmi əsərləri. Buraxılış: 2, Bakı: 1973.
- Kənd təsərrüfatında əsas fondlardan səmərəli istifadənin tədqiqinin iqtisadi-statistik problemləri. M.: MİSİ, 1973.
- Kolxozların əsas fondlarının təkrar istehsal göstəriciləri. M.: MİSİ, 1973.
- Kənd təsərrüfatının əsas fondlarının iqtisadi statistik öyrənilməsinin bəzi məsələləri. Buraxılış: 4, M.: MİSİ, 1973.
- Statistikanın ümumi nəzəriyyəsi (dərs vəsaiti). Bakı: Maarif, 1974.
- İqtisadi statistika (dərs vəsaiti). Bakı: AzXTİ-nun nəşriyyatı, 1974.
- Kənd təsərrüfatı istehsalında ehtiyatların aşkar edilməsinin statistik metodları // Texniki tərəqqi seksiyası üzrə elmi-praktiki konfransın materialları. M.: MİSİ, 1974.
- Kənd təsərrüfatı statistikası (dərs vəsaiti). Bakı: AzXTİ-nun nəşriyyatı, 1974.
- Statistikanın ümumi nəzəriyyəsi (metodik göstərişlər). M.: MSİ-nin nəşriyyatı, 1977.
- Kolxozlarda əsas fondların səmərəliliyi. Bakı: ADPKETİ, 1978.
- Statistikanın ümumi nəzəriyyəsi üzrə proqram (Statistiklər üçün. Rus dilindən tərcümə). Bakı: AzXTİ-nun nəşriyyatı, 1979.
- Statistikanın ümumi nəzəriyyəsi üzrə proqram (Digər ixtisaslar üçün. Rus dilindən tərcümə). Bakı: AzXTİ-nun nəşriyyatı, 1980.
- Azərbaycan SSR kənd təsərrüfatında əsas fondlardan istifadənin səmərəliliyinin yüksəldilməsi. Bakı: AzXTİ-nin nəşriyyatı, 1981.
- Kolxoz istehsalının səmərəliliyinə təsir edən əsas fondlardan istifadənin statistik öyrənilməsi // Xalq təsərrüfatının inkişafının maliyyə-statistik problemləri: Elmi əsərlər tematik məcmuəsi. Bakı: AzXTİ-nun nəşriyyatı, 1981.
- Statistikanın ümumi nəzəriyyəsi üzrə məsələlər məcmusu. Bakı: AzXTİ-nun nəşriyyatı, 1982.
- Aqrar-sənaye inteqrasiyası şəraitində üzümçülüyün intensivləşdirilməsi məsələləri. Bakı: AzXTİ-nun nəşriyyatı, 1983.
- Statistikanın ümumi nəzəriyyəsi kursunun proqramı (tərcümə). Bakı: AzXTİ-nun nəşriyyatı, 1986.
- "Kənd təsərrüfatı istehsalının səmərəliliyinə təsir edən əsas amillər" mövzusunda elmi-praktik konfransın materialları. M.: MİSİ, 1987.
- Statistikanın tarixi kursu üzrə proqram (tərcümə). Bakı: AzXTİ-nun nəşriyyatı, 1987.
- Statistikanın ümumi nəzəriyyəsi (dərs vəsaiti). Bakı: Maarif, 1987.
- Kənd təsərrüfatı texnikasından istifadənin statistik öyrənilməsi // Məruzələrin tezisi. Bakı: AzXTİ-nun nəşriyyatı, 1989.
- Kənd təsərrüfatı istehsalının səmərəliliyinə təsir edən elmi-texniki tərəqqinin statistik öyrənilməsi. Bakı: ADİU-nun nəşriyyatı, 1990.
- Statistika fənni üzrə kurs işi və diplom üşlərinin yazılması üzrə metodik göstərişlər. Bakı: ADİU-nun nəşriyyatı, 1990.
- Statistikanın ümumi nəzəriyyəsi fənnindən proqram (statistiklər üçün). Bakı: ADİU-nun nəşriyyatı, 1990.
- Statistikanın ümumi nəzəriyyəsi fənnindən proqram (digər ixtisaslar üçün). Bakı: ADİU-nun nəşriyyatı, 1990.
- Statistikanın ümumi nəzəriyyəsi üzrə metodik göstərişlər. Bakı: ADİU-nun nəşriyyatı, 1990.
- Statistikanın ümumi nəzəriyyəsi üzrə metodik göstərişlər. Bakı: ADİU-nun nəşriyyatı, 1991.
- Dinamika sıraları. Bakı: ADİU-nun nəşriyyatı, 1992.
- Statistikanın ümumi nəzəriyyəsi fənnindən proqram (iqtisadçılar üçün). Bakı: ADİU-nun nəşriyyatı, 1992.
- Statistikanın ümumi nəzəriyyəsi fənnindən proqram (statistiklər üçün). Bakı: ADİU-nun nəşriyyatı, 1993.
- Statistikanın tarixi. 1-ci hissə. Bakı: ADİU-nun nəşriyyatı, 1994.
- Kənd təsərrüfatının iqtisadi səmərəliliyinin ehtiyatlarının aşkar edilməsi yolları. Bakı: ADİU-nun nəşriyyatı, 1995.
- İndekslər (dərs vəsaiti). Bakı: ADİU-nun nəşriyyatı, 1997.
- Sosial-iqtisadi statistika fənnindən proqram (iqtisadçılar üçün). Bakı: ADİU-nun nəşriyyatı, 1998.
- "Statistikada variasiya və korrelyasiya təhlili" predmeti üzrə proqram (magistrlər üçün). Bakı: ADİU-nun nəşriyyatı, 1998.
- Statistikanın ümumi nəzəriyyəsi fənnindən proqram (bakalavr üçün). Bakı: ADİU-nun nəşriyyatı, 1998.
- Statistikanın ümumi nəzəriyyəsi fənnindən proqram (statistiklər üçün). Bakı: ADİU-nun nəşriyyatı, 1998.
- İstehsalın iqtisadi səmərəliliyinə əmək məhsuldarlığının təsirinin statistik öyrənilməsi. Bakı: ADİU-nun nəşriyyatı, 1999.
- İstehsalın iqtisadi səmərəliliyinə istehsal xərclərinin təsirinin statistik tədqiqi. Bakı: ADİU-nun nəşriyyatı, 2000.
- Azərbaycan Respublikasında statistika elmi və praktikasının inkişaf tarixindən. Bakı: ADİU-nun nəşriyyatı, 2000.
- Statistikanın ümumi nəzəriyyəsindən metodik göstəriş. Bakı: ADİU-nun nəşriyyatı, 2001.
- Statistikanın tarixi fənnindən proqram. Bakı: ADİU-nun nəşriyyatı, 2003.
- Statistikanın ümumi nəzəriyyəsi (dərs vəsaiti). Bakı: ADİU-nun nəşriyyatı, 2005.
- Xalq təsərrüfatının inkişafının maliyyə-statistik problemləri: Elmi əsərlər tematik məcmuəsi. Bakı: AzXTİ-nun nəşriyyatı, 1981.
- Aqrar-sənaye inteqrasiyası şəraitində kəndin inkişaf problemləri: Elmi əsərlər külliyatı. Bakı: AzXTİ-nun nəşriyyatı, 1983.
- Milli hesablar sistemi (dərs vəsaiti; elmi redaktor). Bakı: AzDİU-nin nəşriyyatı, 1997.
- Kənd təsərrüfat istehsalının səmərəliliyinə təsir edən əsas fondların statistik öyrənilməsi (1976-1980) / Büdcə işi P. Məmmədovla birlikdə. Bakı: 1981.
- Əsas fondların kənd təsərrüfat istehsalının səmərəliliyinə təsirinin statistik öyrənilməsi. Dövlət qeydiyyatı №81027434, 1980.
- Aqrosənaye inteqrasiya şəraitində üzümçülüyün intensivləşdirilməsi məsələləri. Dövlət qeydiyyatı №81027434, 1982.
- Aqrosənaye inteqrasiya şəraitində fondla təchizat və fondla silahlanmanın statistik öyrənilməsi. Dövlət qeydiyyatı №81027434, 1983.
- Fondveriminin dinamikası və onun kənd təsərrüfatı istehsalının səmərəliliyinə təsiri. Dövlət qeydiyyatı №81027434, 1984.
- Kənd təsərrüfatının energetik gününün dinamikası, tərkibi və quruluşunun statistik öyrənilməsi. Dövlət qeydiyyatı №81027434, 1985.
- Ərzaq proqramının vəzifələri və onun yerinə yetirilməsinin əsas istiqamətləri. Dövlət qeydiyyatı №0025576, 1986.
- Kənd təsərrüfatının energetik gününün tərkibi və quruluşunun statistik öyrənilməsi. Dövlət qeydiyyatı №01860025576, 1987.
- Kənd təsərrüfatı texnikasından istifadənin statistik öyrənilməsi. Dövlət qeydiyyatı №01860025576, 1988.
- Kənd təsərrüfatı istehsalının səmərəliliyinə təsir edən elmi-texniki tərəqqinin statistik öyrənilməsi. Dövlət qeydiyyatı №01860025576, 1989.
- Kənd təsərrüfatı istehsalının səmərəliliyinə təsir edən kimyalaşma və meliorasiyanın statistik öyrənilməsi. Dövlət qeydiyyatı №01860025576, 1990.
- İcarə podratı şəraitində istehsalın səmərəliliyinə təsir edən intensivləşdirmənin təsirinin statistik öyrənilməsi. Təsərrüfat hesablı elmi-tədqiqat işi. Bakı: AzDİU-nin nəşriyyatı, 1990.
- Təsərrüfat və regionlar üzrə kənd təsərrüfatının iqtisadi səmərəliliyinin ölçülməsi məsələləri. Büdcə hesablı elmi işin rəhbəri. Bakı: AzDİU-nin nəşriyyatı, 1991.
- Torpaqlardan istifadənin yaxşılaşdırılmasının istehsalın iqtisadi səmərəliliyinə təsirinin statistik tədqiqi. Bakı: AzDİU-nin nəşriyyatı, 1992.
- Ağcabədi rayonunun təsərrüfatlarında bazar iqtisadiyyatı şəraitində istehsalın iqtisadi faydalılığının yüksəldilməsi problemləri (1991-1992-ci illər). Təsərrüfat hesablı elmi işin rəhbəri. Bakı: 1992.
- Kənd təsərrüfatı məhsullarının maya dəyərinin istehsalın iqtisadi səmərəliliyinə təsirinin statistik tədqiqi. Bakı: AzDİU-nin nəşriyyatı, 1993.
- Beyləqan rayonunun təsərrüfatlarında bazar iqtisadiyyatı şəraitində istehsalın faydalılığının yüksəldilməsi problemləri. Bakı: AzDİU-nin nəşriyyatı, 1994.
- Bazar münasibətlərinin formalaşması şəraitində istehsalın sosial-iqtisadi səmərəliliyinin göstəriciləri sisteminin nəzəri aspektləri. Bakı: AzDİU-nin nəşriyyatı, 1996.
- Kənd təsərrüfatı istehsalının iqtisadi səmərəliliyinin müasir səviyyəsinin və dinamikasının statistik təhlili. Bakı: AzDİU-nin nəşriyyatı, 1997.
- Təsərrüfatların əsas istehsal fondları ilə təmin olunmasının, istehsalın iqtisadi səmərəliliyinə təsirinin statistik təhlili. Bakı: AzDİU-nin nəşriyyatı, 1998.
- Statistik variasiya // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Dinamika sıraları // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Dispersiya // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Diaqramma // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Əhalinin gəlir və xərclər balansı // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Büdcə tədqiqatı // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- İnventar siyahıyaalması // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- İnterpolyasiya və ekstropolyasiya // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- İndekslər // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Həyat indeksi // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Həyat səviyyəsi // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- İqtisadi statistika // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Statistik siyahıyaalma // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Kənd təsərrüfatı siyahıyaalması // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Reprezentativlik // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Statistik cədvəllər // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Statistika // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Sanitar statistikası // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Seçmə müşahidəsi // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Starovski, Strumilin // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Statistik müşahidə // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Şəxsi köməkçi təsərrüfat // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Əhali siyahıyaalması// Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Əhali statistikası // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Kənd təsərrüfatı statistikası // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Nisbi kəmiyyətlər // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Orta kəmiyyətlər // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Qruplaşdırma // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Statistik cədvəllər // Azərbaycan Sovet Ensiklopediyası. Bakı: 1978.
- Statistik lüğət // Maliyyə və statistika. M.: 1989.
- SSRİ və Rusiyada kənd təsərrüfatının siyahıyaalınması // Maliyyə və statistika. M.: 1989.
- Hərbi siyahıyaalma // Maliyyə və statistika. M.: 1989.
- Elektrik mühərriki // Maliyyə və statistika. M.: 1989.
- Kənd təsərrüfatının əsas fondları // Maliyyə və statistika. M.: 1989.
- Kənd təsərrüfatı maşınlarının təsnifatı // Maliyyə və statistika. M.: 1989.
- Maşın-traktor stansiyaları // Maliyyə və statistika. M.: 1989.
- Energetik kənd təsərrüfat gücləri // Maliyyə və statistika. M.: 1989.
- İstehsalın intensivləşdirilməsi // Maliyyə və statistika. M.: 1989.
- Kənd təsərrüfatının mexanikləşdirilməsi statistikası // Maliyyə və statistika. M.: 1989.
- Kənd təsərrüfatının elektrikləşdirilməsi // Maliyyə və statistika. M.: 1989.
- Rayon statistikası // Maliyyə və statistika. M.: 1989.
- Müxbir üsulu ilə müşahidə // Maliyyə və statistika. M.: 1989.
- Kənd təsərrüfatında mühərriklər // Maliyyə və statistika. M.: 1989.
- Traktorlar, kənd təsərrüfatı maşın və avadanlıqlarının istifadəsi // Maliyyə və statistika. M.: 1989.
- Dinamik siyahıyaalma // Maliyyə və statistika.- M., 1989.
- Həyətlərin yoxlanması // Maliyyə və statistika. M.: 1989.
- Traktor və kənd təsərrüfatı maşınlarının siyahıyaalınması // Maliyyə və statistika. M.: 1989.
- Kolxoz və sovxozların siyahıyaalınması // Maliyyə və statistika. M.: 1989.
- İri buynuzlu heyvanların siyahıyaalınması // Maliyyə və statistika. M.: 1989.