Sadiq Ayaz oğlu Vəliyev (19 fevral 2001, Xosrov, Ağdaş rayonu – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Sadiq Vəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 fevral 2001(2001-02-19) |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 2020(2020-10-03) (19 yaşında) |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | əsgər |
Təltifləri |
Sadiq Vəliyev 19 fevral 2001-ci ildə Ağdaş rayonu Xosrov kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun əsgəri olan Sadiq Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Sadiq Vəliyev oktyabrın 3-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sadiq Vəliyev ölümündən sonra "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilib.