Saib Təbrizinin türbəsi və ya Saibin türbəsi (farsca: آرامگاه صائب; transliterasiya: Ārāmgah-e Ṣā'ib) — İran İslam Respublikasının İsfahan şəhərində yerləşən və Pəhləvi sülaləsi dövrünə aid türbə. Türbə İsfahan şəhərinin Beheşti və Saib xiyabanlarında yerləşir. Türbə 1355-ci ilin 20 Bəhmən tarixində (1977-ci ilin 9 fevralında) 1322 nömrə ilə İranın Milli Əsərləri siyahısına salınmışdır. Türbə Pəhləvi dövrünə aid olsa da, Saibin məzarının üzərinə hicri təqvimi ilə 1087, yəni 1676-cı il yazılmışdır.[2][3]
Saib Təbrizinin türbəsi | |
---|---|
32°38′51″ şm. e. 51°39′05″ ş. u.HGYO | |
Ölkə | İran |
Şəhər | Şablon:Gerbifikasiya/İsfahan |
Yerləşir | İsfahan ostanı, İsfahan şəhəri, Beheşti-Saib xiyabanlarının kəsişməsi |
Memar | Məhəmməd Foruqi və (memar-mühəndis) Hüseyn Mərifəti |
Tikilmə tarixi | Pəhləvi dövrü (1967) |
Üslubu | Səfəvi memarlığı |
Material | daş[d][1], kaşı[1] |
İstinad nöm. | 1322 |
Vikianbarda əlaqəli mediafayllar |
Saib Təbrizi XVII əsrdə fəaliyyət göstərmiş və Azərbaycan türklərindən olan[4][5] məşhur şairlərdən biridir.[6][7] Saib Təbrizi 1601-ci ildə Təbrizdə dünyaya gəlsə də, sonradan yeni paytaxt İsfahana köçmüş, burada Səfəvi şahı I Abbasın sarayına girməyə çalışsa da, uğur əldə edə bilməmişdir. O, daha sonra Hindistana köçmüşdür.[7]
Saib Təbrizi Azərbaycan ədəbiyyatında hind üslubunda əruzun banisi hesab edilir.[8]
Saibin türbəsi, oğlu Mirzə Məhəmməd Möhsünə və nəvəsi Mirzə Məhəmməd Əli ilə birlikdə, bu bağın mərkəzində yerləşirdi. Niyasərm arxı onun yanından axır. Türbənin inşası və bərpasından əvvəl bu bağ vəqf olaraq naməlum idarəçi tərəfindən idarə edilmiş və sonradan Lənban Məscidinə təhvil verilmişdir. Bu dövr ərzində bağın üçdə ikisi zəbt edilərək məhv edilmişdir. Vilayət valiliyinin, Mədəniyyət Nazirliyinin və Milli Abidələr Dərnəyinin əməkdaşlığı ilə bu mülk Vəqflər İdarəsindən icarəyə götürülmüş və məhv olma təhlükəsi ilə üzləşən Saibin türbəsi qorunmuşdur.[9]
1963-cü il mayın 15-də Milli İrs Cəmiyyətinin qurucuları Çəhəl Sütun sarayında keçirilən iclasda Saib Təbrizinin məqbərəsinin Səfəvi memarlıq üslubunda inşa edilməsinə dair yekun qərar verdilər. Məqbərənin layihəsini mühəndis Məhəmməd Foruqi öz şəxsi xərcləri hesabına hazırlamışdır.[9] 1963-cü il oktyabrın 5-də məqbərənin tikintisinin təməl daşını ustad Camaləddin Həmayi qoydu. Bu binanın memarlığını Hüseyn Mərifəti həyata keçirmişdir. 1967-ci il oktyabrın 16-da, dövlət rəsmilərinin iştirakı ilə Saib Təbrizinin məqbərəsi açıldı.[9]