Sergey Xudyakov

Sergey Aleksandroviç Xudyakov (erm. Սերգեյ Ալեքսանդրի Խուդյակով) və ya Armenak Artem Xanferyans[4][5][6] (erm. Արմենակ Արտեմ Խանֆերյանց; 26 dekabr 1901[1], Böyük Tağlar, Şuşa qəzası[3][1]18 aprel 1950[2][1], Moskva) — erməni əsilli Sovet Sosialist Respublikaları İttifaqının hərbi xadimi, Aviasiya marşalı.

Sergey Xudyakov
erm. Սերգեյ Ալեքսանդրի Խուդյակով
Sergey Aleksandroviç Xudyakovun 1944-cü ildə çəkilmiş fotosu.
Sergey Aleksandroviç Xudyakovun 1944-cü ildə çəkilmiş fotosu.
Şəxsi məlumatlar
Doğum adı Арменак Артёмович Ханферянц
Արմենակ Արտեմի Խանփերյանց
Doğum tarixi 26 dekabr 1901(1901-12-26)[1]
Doğum yeri
Vəfat tarixi 18 aprel 1950(1950-04-18)[2][1] (48 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti SSRİ Hava Qüvvələri
Qoşun növü Hərbi hava qüvvələri
Xidmət illəri 19181945
Rütbəsi Aviasiya marşalı.
Döyüşlər Rusiya vətəndaş müharibəsi
İkinci Dünya müharibəsi
Təltifləri "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni
Suvorov ordeni Suvorov ordeni
"Qırmızı ulduz" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Moskvanın müdafiəsinə görə" medalı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rusiya vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]

Armenak Artem Xanferyans 1902-ci ilin 7 yanvar tarixində, Rusiya imperiyasının Yelizavetpol quberniyasına bağlı olan Şuşa qəzasının Böyük Tağlar kəndində anadan olmuşdur. 1908-ci ildə atasının vəfat etməsindən sonra anası üç uşağı tək böyütmək məcburiyyətində qalmışdır. İlk təhsilini Şuşa şəhərində yerləşən məktəblərdə aldıqdan sonra, işləmək üçün Bakı şəhərinə yollanmışdır. XX əsrin əvvəllərində Bakı, neft sənayesi sahəsindəki güclü inkişafı ilə tanınırdı və Armenak burada, əslən erməni olan neftxuda Aleksandr Mantaşovun bazasında əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1918-ci ildə Bakıdakı bolşeviklərin əsas mətbuat orqanlarından biri olan İskra qəzetnin mətbəəsində çalışmış və qəzetin hazırlanması prosesində yaxından iştirak etmişdir.

Bakıda olduğu dövrdə bolşeviklərə qoşulan Armenak, Qızıl ordu sıralarına qatılmış və Azərbaycanın kommunistləşməsi prosesində rol almışdır. Rusiya vətəndaş müharibəsi zamanı Astraxan şəhərində olarkən Böyük Britaniya ordusuna məxsus gəmi tərəfindən, Armenakın olduğu Qızıl orduya məxsus gəmi batırılır və bu zaman Armenak Xanferyans, Sergey Xudyakov adlı rus əsilli bir bolşevik tərəfindən son anda xilas edilir. Sergey Xudyakov hadisədən az sonra müharibədə baş vermiş toqquşmaların birində öldürülür və Sergeyin ölümündən təsirlənən Armenak Xanferyans, dostunun xatirəsini əziz tutmaq üçün adını Sergey Xudyakov formasında dəyişdirilir və bu səbəbdəndir ki, tarix ədəbiyyatlarında ikinci adı ilə daha çox məşhurluq qazanmışdır..[7]

1920-ci ilə qədər süvari zabit kimi Qızıl ordu sıralarında xidmətini davam etdirmişdir. 1929-cu ildə Xudyakov Tiflis şəhərində yerləşən süvari məktəbinə qəbul edilmiş, 1931-ci ildə aviasiya sahəsində təhsil almaq üçün Moskva şəhərində yerləşən Jukovski adına Hərbi Hava Akademiyasına yollanmışdır. Jukovski adına Hərbi Hava Akademiyasını fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1937-ci ildə Hava Qərargahının Əməliyyat Şöbəsinin müdürü, növbəti il isə Logistika İdarəetmə sahəsindəki Hava Qüvvələri Birliyinin rəisi təyin olunmuşdur.

İkinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]
Sergey Xudyakov Krım Respublikasının Yalta şəhərində yerləşən Livadiya sarayında keçirilmiş Yalta konfransı zamanı. Marşal, ayaq üstə İosif Stalinin arxasında dayanmışdır. (1945, fevral)

1941-ci ilin 22 iyun tarixində Üçüncü Reyxin, Sovet Sosialist Respublikaları İttifaqına hücum etməsi ilə İkinci Dünya müharibəsində Şərq cəbhəsi açılmışdır. Müharibənin ilk günündən, döyüş qatılan Xudyakov qısa zamanda hərbi vəzifə pilləsində dörd rütbə yüksəlmişdir.[8] Böyük Vətən Müharibəsi illərində, SSRİ Hərbi Hava Qüvvələrinin qərargah rəisiŞərq Cəbhəsinin Hərbi Hava Qüvvələrinin komandiri, Qırmızı Ordunun Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1-ci Hərbi Ordu komandiriQırmızı Ordunun Hava Qüvvələri komandirinin müavini kimi müxtəlif yüksək postlarda çalışmışdır.

Onun komandanlığı altında olan aviasiya dəstələri Rjev-Sıçevka istiqamətində Qərb Cəbhəsi qüvvələrinin hücumunda iştirak etmişdir və Rjev-Vyzama əməliyyatında SSRİ quru qoşunlarının hərəkətini havadan dəstəkləmişdir. 1943-cü ildə Marşal Xudyakov tərəfindən KurskDnepr uğrunda aparılan döyüşlərin aviasiya dəstəyi koordinasiya edilmiş və eyni zamanda Voronej şəhərinin azad olunmasına əməliyyatında da iştirak etmişdir. 1943-cü ildə Xudyakovka sovet nümayəndə heyətinin Tehran konfransındakı uçuşunu təşkil etmək əmri verilmişdir. Pəhləvilər sülaləsinin hakimiyyətdə olduğu dövrdə, 1943-cü ildə Tehran şəhərində baş tutmuş Tehran konfransında SSRİ-ni İosif Stalin təmsil etmişdir.

1944-cü ilin avqust ayında Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin qərargah rəisi və komandir müavini təyin olunan Xudyakova SSRİ rəhbərliyi tərəfindən Dnepr uğrunda aparılan döyüşün qələbə ilə tamamlanması göstərişi verilmişdir. Dnepr döyüşlərindən sonra İasi-Kişinev cəbhəsinə aparılan əməliyyatlarda iştirak etmişdir. 1944-cü ilin avqust ayında SSRİ Ali Sovetinin qərarına əsasən Sergey Xudyakova, Aviasiya marşalı ali hərbi rütbəsi verilmişdir.

1945-ci ilin fevral ayında Böyük Üçlük (Vinston Çörçill, Franklin Delano Ruzveltİosif Stalin) olaraq adlandırılan şəxslərin iştirakı ilə baş tutmuş Yalta konfransında hərbi müşavir kimi iştirak etmişdir.[8] Müharibənin sonlarına yaxın Yaponiya İmperator ordusuna qarşı Uzaq Şərqdə aparılan əməliyyatlarda XII Hava Ordusunun komandiri kimi iştirak etmişdir.[7]

1946-cı ilin 14 dekabr tarixində Sergey Xudyakov Zabaykal diyarının Çita şəhərində həbs olunmuşdur. Çita şəhərində həbs edildikdən sonra, paytaxt Moskva şəhərinə aparılmışdır. Moskvada baş tutmuş məhkəmədə Xudyakov Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və SSRİ üçün mühüm sayılan aviasiya ilə bağlı məlumatları düşmənə ötürməkdə təqsirləndirilmişdir. Dörd ilə yaxın davam edən istintaq və məhkəmə proseslərinin ardından, Sergey Xudyakov günahkar görürlərək, 1949-cu ildə edam cəzasına məhkum edilmişdir. Edam hökmü 1950-ci ilin 18 aprel tarixində gerçəkləşdirilmiş və marşal həmin gün Don məzarlığında dəfn edilmişdir.

1951-ci ilin 13 yanvar tarixində həyat yoldaşı və gənc oğlu vətən xainin ailə üzvü olduqları ittihamı ilə günahlandırılaraq Krasnoyarsk diyarının Tasayevski bölgəsinə sürgün edilmişdir. 2 ilə yaxın sürgündə yaşayan ailə, yalnız 1953-cü ilin 27 mart tarixində SSRİ Ali Soveti vermiş olduğu qərara əsasən əvf edilmişdir və ailə bundan sonra Moskva şəhərinə qayıtmışdır.

Sovet Sosialist Respublikaları İttifaqında aviasiya marşalı Sergey Xudyakovun xatirəsinə nəşr edilmiş zərf. (1981)

İosif Stalinin 1953-cü ilin 5 mart tarixində vəfat etməsindən sonra siyasi motivlərlə repressiyaya məruz qalmış yüzlərlə şəxs haqqında bağışlanma qərarı çıxarılmışdır. 1954-cü ilin avqust ayında SSRİ Baş Hərbi Prokurorluğu tərəfindən Sergey Xudyakovla bağlı aparılmış 100384 nömrəli arxiv istintaq materiallarına yenidən bağılması ilə bağlı qərar verilmişdir. Hərbi prokuror tərəfindən arxiv sübutlarının Ali Məhkəmənin Hərbi Kollegiyasında yenidən baxılmaqla bağlı müraciət edilmiş və kifayət qədər sübutların olmaması səbəbindən cəzanın ləğvi təklif edilmişdir. 1954-cü ilin 18 avqust tarixində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına əsasən 1950-ci ilin 18 aprel tarixində Armenak Artem Xanferyans - Sergey Aleksandroviç Xudyakov haqqında çıxarılmış hökm, kifayət qədər dəlillərin olmaması səbəbindən ləğv edilmişdir.

SSRİ Ali Sovetinin 1965-ci ilin 6 iyun tarixində vermiş olduğu başqa bir qərarla Sergey Xudyakovun Aviasiya marşalı ali hərbi rütbəsi və ona verilmiş mükafatlar şəxsin özünə qaytarılmışdır. Xudyakov haqqında bir çox xatirə kitabı və monoqrafiyalar yazılmışdır və Sovet Sosialist Respublikaları İttifaqının müxtəlif şəhərlərində yerləşən küçə və prospektlər marşalın şərəfinə adlandırılmışdır. Anadan olduğu Böyük Tağlar kəndində yerləşən ev, Qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyi tərəfindən ev muzeyinə çevirilmişdir. 2005-ci ilin 1 aprel tarixində verilmiş fərmana əsasən Ermənistan Hərbi Hava Qüvvələrinin akademiyası Sergey Xudyakovun adını daşıyır.

  1. Саркисов А. Судьба маршала. // «Коммунист», № 147, 22 июня 1988.
  2. Мороз В. Маршал Худяков: неразгаданная тайна. // «Красная звезда», 24 января 2007.
  3. АП РФ, оп. 57, д. 100, л. 61.
  4. Гурунц Л. К. Наедине с собой или как докричаться до вас, потомки. — , 2002.
  5. Вирабян А. Знаменитые арцахцы. — , 1992. — С. 63—65.
  1. 1 2 3 4 5 6 Ով ով է. հայեր (erm.). / red. Հ. Այվազյան Երևան: Հայկական հանրագիտարան հրատարակչություն, 2005. C. 1. S. 525.
  2. 1 2 Худяков Сергей Александрович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  4. Л. А Головкова. «Сухановская тюрьма: спецобъект 110»// 58 (Серия) (Том 3), Возвращение, 2009. Стр. 98
  5. Леонид Млечин. «КГБ. Председатели органов госбезопасности. Рассекреченные судьбы» // Litres, 2011. Стр.
  6. Г. И. Какагасанов. «Народы Кавказа в Великой Отечественной войне 1941—1945 гг: материалы Международной научной конференции, посвященной 60-летию Победы советского народа в Великой Отечественной войне 1941—1945 гг.» // Ин-т ЯЭ ДНЦ РАН, 2005. Стр. 70
  7. 1 2 Armenia: The Survival of a Nation Arxivləşdirilib 2012-07-13 at Archive.today Arxivləşdirilib 2012-07-13 at Archive.today
  8. 1 2 S. M. Plokhy. Yalta: The Price of Peace. Penguin Publishing Group. 2010. səh. 212. ISBN 978-1-101-18992-4. 2019-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-24.