Sophora pachycarpa

Gombulmeyvə sofora (lat. Sophora pachycarpa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sofora cinsinə aid bitki növü.

Gombulmeyvə sofora
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Yeraltı hissəsi güclü inkişaf edərək, kökləri üfüqi istiqamətdə böyüyür. Gövdəsinin hündürlüyü 60 sm, yuxarıya doğru böyüyərək düzgün budaqlanan, ipəkvari tükcüklərdən və güclü inkişaf edən yarpaqlardan ibarətdir. Cüt olmayan yarpaqlarının uzunluğu 18 sm, ellipsşəkilli yarpaqlarının uzunluğu 1-2 sm, eni 0,3-0,9 sm sıx tükcüklü olub, bitki bütünlüklə sarımtıl-yaşıl rənglidir. Uzunsov-sümbülşəkilli çiçək qrupuna aid olub, zirvədə yerləşən çiçəklərin uzunluğu 7-25 sm-ə bərabərdir. Kəpənəyəbənzər çiçəklərin uzunluğu 1,5 sm, tacı sarımtıl və ya ağımtıl rəngli olur. Dolğun, şişman meyvələri qara rəngli, silindrik, uzunluğu 2-5 sm, eni 0,7-0,9 sm olmaqla, demək olar ki, gərilmişdir. Toxumları böyrəkvari-yumurtaşəkilli, diametri 0,1-0,5-0,6 sm, tünd-qəhvəyi və ya qara rəngli olub, hamar və parlaqdır.

Yovşanlı, efemerli assosiasiyalarda, uçurum, yarğan, sıldırım yerlərdə, hündürlüyü 1600 m olan dağlarda və alaqotu olan yerlərdə yayılmışdır. 

Bitkini bütün yay vaxtı - mayın sonundan, sentyabra qədər butonizasiyanın sonuna kimi toplamaq mümkündür. Hündürlüyü 5-10 sm olduqda oraq və ya bıçaqla toplanılmalıdır. Nazik təbəqə edilərək günəş altında qurudulmalıdır. Zəhərli olduğundan xammal ilə işlədikdə ehtiyatlı olmaq lazmdır. 

Xammal kimi yarpaq, gövdə, buton və çiçəkləri keyfiyyətli dərman bitkisidir. Özünəməxsus iyli, qeyri-müəyyən dadlı olmaqla, zəhərlidir (!). 

Ot və toxumu B siyahısına daxildir. Saxlanılma müddəti 2 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Tərkibi 2-3% xinolizid sırası alkaloidlərdən ibarətdir. Başlıca alkaloid xinolizidin törəmələrindən: paxikarpin, sofokarpin, matrin, sofomatrin və flavonoidlərdən təşkil olunmuşdur.

Qanqlioblokatr, hipotenziv, vazodiliator dərmandır. Butonizasiya zamanı yabanı çoxillik ot bitkisi olan irimeyvə sofora otu keyfiyyətli xammal və dərman hesab edilir. 

Paxikarpin hidroyodid 3%-li məhlul, 0,1q həb. Qanqlioblokatr dərmandır. Uşaqlığın əzələ tonusunu yüksəldir. Pikarpin hidroxlorid kimi tanınan dərman maddəsindən mamalıq və genekoloji praktikada miopatiyada istifadə edilir.