Sovet Nəzarəti Komissiyası

SSRİ Xalq Komissarları Soveti yanında Sovet Nəzarəti Komissiyası (rus. Комиссия советского контроля при СНК СССР) — SSRİ-də dövlət nəzarəti orqanı. 11 fevral 1934-cü ildə ləğv edilmiş Fəhlə-Kəndli Müfəttişliyi Xalq Komissarlığının (RKİ) əvəzində təsis edilmişdir.

Sovet Nəzarəti Komissiyası
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 11 fevral 1934, 23 avqust 1957
Əvvəlki qurum Fəhlə-Kəndli Müfəttişliyi
Ləğv edilib 6 sentyabr 1940
Sonrakı Dövlət Nəzarəti Nazirliyi (SSRİ)

Sovet Nəzarəti Komissiyası SSRİ Xalq Komissarları Sovetinin qərarlarının icrasını, vəsaitlərin və maddi sərvətlərin xərclənməsini yoxlayan əsas orqan idi. Komissiya ümumittifaq idarəetmə orqanı kimi öz fəaliyyətini Sovet Nəzarəti Komissiyasının mərkəzi aparatı, eləcə də ittifaq və muxtar respublikalar, ərazi və vilayətlərdəki səlahiyyətli nümayəndələr vasitəsilə həyata keçirirdi. Komissarları SSRİ Xalq Komissarları Sovetinin razılığı ilə Komissiya təyin edilir və vəzifələrində azad olunurdu.[1]

  1. "Деятельность органов государственного финансового контроля СССР в годы первых пятилеток и индустриализации страны (1928—1941 гг.)" (Русский). 2011-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-08.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Государственная власть СССР. Высшие органы власти и управления и их руководители. 1923–1991 гг.: Историко-биографический справочник / Сост. В. И. Ивкин. — М., 1999.