Staxanov hərəkatı — SSRİ-də sosialist istehsalı yenilikçilərinin — qabaqcıl fəhlələrin, kolxozçuların, mühəndis-texnik işçilərin yeni texnikanı mənimsəməklə əmək məhsuldarlığını yüksəltmək uğrunda kütləvi hərəkatı. 1935-ci ildə sosializm yarışının yeni mərhələsi kimi yaranmışdır. "Staxanov hərəkatı" onun təşəbbüsçüsü olan Donbas şaxtaçısı Aleksey Staxanovun adı ilə bağlıdır; Azərbaycan SSR-də Staxanov hərəkatının təşəbbüskarları — neft sənayesində Ağa Nemətulla, İsmayıl Mikayıl, Q.Əsədov, toxuculuq sənayesində K.Rzayeva, M.Nəbiyev, baramaaçmada A.Həsənov, M.Qafarov, duz sənayesində M.Musayev, kənd təsərüffatında B.Bağırova, Q.Səmədov və başqaları olmuşlar.
Staxanov hərəkatının müxtəlif üsullarından Böyük Vətən müharibəsi illərində istifadə olunmuşdur. Bu sahədə qazanılan təcrübə müharibədən sonra da öz əhəmiyyətini saxlamışdır.[1]