Sulanmış səhm

Sulanmış səhm və ya sulu səhm (ing. Watered stock) — şirkətin səhmlərinin dəyərinin süni şəkildə artırılmasını ifadə edən maliyyə termini.[1] Bu, investorları yanlış yönləndirmək və şirkəti olduğundan daha dəyərli göstərmək məqsədi daşıyır.

"Sulanmış səhm" termininin kökləri XIX əsrə gedir. Bu anlayış, maldarlıq dövründə satışdan əvvəl heyvanların çəkisini artırmaq məqsədilə istifadə olunan bir praktikadan gəlir. Mal-qara sahibləri, heyvanların çəkisini artırmaq üçün onlara duz verərək susuzluqlarını artırır və daha sonra onların çoxlu su içmələrinə imkan yaradırdılar. Beləliklə, heyvanlar daha ağırlaşır və daha yüksək qiymətə satılırdı. Bu praktikadan maliyyə dünyasında səhmlərin qiymətinin artırılması məqsədilə istifadə edilərək, "watered stock" anlayışı meydana çıxmışdır. Xüsusən Nyu-Yorkda bu terminin tanınmasında heyvandarlıq biznesi ilə məşğul olan və bu praktikadan faydalanan maliyyəçi Daniel Dryunun rolu olduğu qəbul edilir.[2]

  1. McCormack, Alfred. 1931. "Review of Stock Watering: The Judicial Valuation of Property for Stock-Issue Purposes". The Yale Law Journal. 40, no. 8: 1344–1345.
  2. White, Bouck. The Book of Daniel Drew: A Glimpse of the Fisk-Gould-Tweed Regime from the Inside. Burlington, VT: Fraser Publications, 1996.