Türkiyədə suriyalı poqromları — Türkiyə vətəndaşları ilə suriyalı məcburi köçkünlər arasında baş tutmuş münaqişə. Hadisələr bir suriyalı miqrantın yerli qıza təcavüz etməsi nəticəsində yaranmışdır.
Türkiyədə suriyalı poqromları |
---|
Suriyada vətəndaş müharibəsi başlayandan sonra bir qrup suriyalı qaçqın axını Türkiyəyə üz tutmuşdur. Bu qaçqınlar artdıqca onların sayı 3,6 milyon nəfərə çataraq ölkədə iqtisadi problemlərə və antimiqrant əhval-ruhiyyəsinin artmasına səbəb olmuşdur.[1]
2024-cü il iyunun sonunda suriyalı məcburi köçkün Türkiyənin Kayseri şəhərində yerli bazarda 5 yaşlı qıza təcavüz etmişdir. Bu, yerli vətəndaşların narazılığına səbəb olmuşdur. Bundan sonra şəhər vətəndaşları etiraz aksiyalarına çıxmış, burada suriyalı məcburi köçkünlərinə mülklərinə qarşı zorakılıq tətbiq etmişdilər. Kayseri valiliyi təcavüz edənin saxlanıldığını təsdiqləmişdir.[2][3][4]
Etirazçılar prezident Rəcəb Tayyib Ərdoğanın istefasını tələb etmişdilər. Öz növbəsində Ərdoğan bəyan etmişdir ki, məcburi köçkünlərə qarşı zorakılıq və ksenofobiyaya təhrik etmək yolverilməzdir.[4][5]