Tərcümə layihəsi

Tərcümə layihəsi — tərcümə fəaliyyəti ilə məşğul olan layihə. müəyyən bir mətnin və ya nitqin bir dildən başqa bir dilə çevrilməsi prosesinin planlı şəkildə həyata keçirildiyi fəaliyyətlər toplusudur. Bu layihələr təkcə tərcümənin özünü deyil, həm də onun idarə olunmasını, keyfiyyətin təmin edilməsini və vaxtında təhvil verilməsini əhatə edir. Tərcümə layihələri yazılı, şifahi, audiovizual və ya texniki mətnlərin tərcüməsi ilə əlaqəli ola bilər.[1] Antuan Berman kimi tərcüməçi alimlər belə bir fikri müdafiə edirlər ki, hər bir tərcüməçi öz tərcümə layihəsini hazırlamalı, ona sadiq qalmalı və daha sonra tərcümənin tənqidini inkişaf etdirməlidir. Hər bir tərcüməçi yalnız öz tərcümə layihəsinə sadiq ola bilər.[2]

Dilçilik
Dünya dilləri
Dünya dilləri
Nəzəri linqvistika
Fonologiya

Morfologiya

Sintaksis

Semantika

Praqmatika

Koqnitiv dilçilik

Generativ linqvistika
Deskriptiv linqvistika
Antropoloji linqvistika

Təkamül linqvistikası (müqayisəli-tarixi
dilçilik
, etimologiya)

Fonetika

Sosiolinqvistika
Tətbiqi dilçilik
Kompüter dilçiliyi

Kriminalistika

Dilin mənimsənilməsi

Dil qiymətləndirməsi

Dil inkişafı

Preskriptivizm

Antropoloji linqvistika

Neyrolinqvistika

Psixolinqvistika

Stilistika
Digərləri
Ədəbiyyat

Oxuma

Linqvistik tipologiya

Linqvistikanın tarixi

Dilçilərin siyahısı

Dünya dilləri

Həll olunmamış problemlər
Portal:Linqvistika

Tərcümə layihəsinin xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Planlı yanaşma məqsəd və məzmununa görə xüsusi bir plan üzrə idarə olunur. Komanda işində tərcüməçilər, redaktorlar, korrektəçilər, layihə menecerləri və digər mütəxəssislər iştirak edə bilər. Dilmədəniyyət adaptasiyasında mətnin yalnız dil baxımından deyil, həm də mədəni kontekstə uyğun tərcümə olunması vacibdir. Ədəbiyyat, hüquq, texnika, elm, biznes və digər sahələrdə mətnlərin tərcüməsi layihənin məqsədindən asılıdır.

Tərcümə layihəsinin mərhələləri

[redaktə | mənbəni redaktə et]

Əvvəlcə mətnin və ya nitqin tərcümə üçün uyğunluğu analiz edilir. Layihənin həcmi, məqsədi və çatdırılma müddəti müəyyən edilir. Tərcümə üçün tələb olunan resurslartərcüməçilər seçilir. Tərcümə prosesi zamanı mətn ilkin tərcümə edilir. Tərcüməçi terminologiya, üslub və konteksti nəzərə alaraq mətni çevirir. Tərcümə olunan mətn redaktor və ya korrektəçi tərəfindən yoxlanılır və təkmilləşdirilir. Keyfiyyətin təmin edilməsi mətnin düzgünlüyü, tamlığı və uyğunluğu ilə yoxlanılır. Tərcümə olunan iş müştəriyə təqdim edilir və rəy əsasında lazım gələrsə, düzəlişlər aparılır.[3]

Tərcümə layihəsinin məqsədləri

[redaktə | mənbəni redaktə et]

Fərqli dillərdə danışan insanlar arasında əlaqə yaratmaq dillərarası ünsiyyətin qurulmasında mühüm amildir. Mədəniyyətlərarası bilik mübadiləsi, elmi və texniki biliklərin ötürülməsi, qlobal bazarlara çıxış tərcümə layihəsinin məqsədləri sırasındadır. Ədəbiyyat, tarix və ya incəsənət kimi sahələrdə mədəni biliklərin yayılması, yeni texnologiyalar və elmi nailiyyətlərin müxtəlif dillərdə paylaşılması, şirkətlərin və təşkilatların beynəlxalq müştərilərə çatmasına imkan yaratmaq tərcümə layihəsinin məqsədlərinə daxildir.

Tərcümə layihəsində rast gəlinən problemlər

[redaktə | mənbəni redaktə et]

Dil və terminologiya çətinlikləri: Mütəxəssis terminlərin tərcüməsi zaman həmişə uyğun qarşılıq tapmaq mümkün olmur. Mədəni uyğunlaşma məsələləri: Mətnin mədəni kontekstə uyğunluğu təmin olunmalıdır. Vaxt məhdudiyyətləri: Layihənin qısa müddətdə yüksək keyfiyyətlə tamamlanması təzyiq yarada bilər. İnkişaf edən texnologiyalar: Maşın tərcüməsinin və tərcümə alətlərinin təsiri artmaqda olduğundan insan tərcüməçilərinin rolu dəyişir.

Müasir tərcümə layihələrində texnologiyanın rolu

[redaktə | mənbəni redaktə et]

CAT (Computer-Assisted Translation) alətləri tərcümə prosesini avtomatlaşdıran proqram təminatları, tərcümə yaddaşı və terminologiya bazalarından istifadə edir. Maşın tərcüməsi süni intellekt əsaslı tərcümə texnologiyaları layihələrini sürətləndirir, lakin insan müdaxiləsi hələ də vacibdir. Audiovizual tərcümə alətləri subtitrlərin yaradılması, sinxron dublyaj və multimedianın tərcüməsində istifadə edilir. Tərcümə layihələri lokal və qlobal səviyyədə dillərarası əlaqələrin və mədəniyyətlərarası ünsiyyətin qurulmasında mühüm rol oynayır. Müasir dövrdə tərcümə layihələri, xüsusilə texnologiyanın inkişafı ilə daha kompleks və yüksək səviyyədə icra edilir.

  1. "Bermanın bir nümunədə tərcümə tənqidinə yanaşması". 23 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2013.
  2. Pan, Yuling; Sha, Mandy. The Sociolinguistics of Survey Translation. London: Routledge. 2019-07-09. doi:10.4324/9780429294914. ISBN 978-0-429-29491-4. 2024-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-28.
  3. Şa, Mandi; Immerwahr, Stephen. "Sorğunun Tərcüməsi: Tədqiqatçılar və Menecerlər Niyə və Necə Məşğul Olmalıdırlar?". Survey Practice (ingilis). 11 (2). 2018-02-19: 1–10. doi:10.29115/SP-2018-0016. 2024-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-28.