Teymur Babayev

Teymur Babayev (Babayev Teymur Əsəd oğlu; 11 sentyabr, 1938, Bakı, Azərbaycan SSR) — Tibb elmləri doktoru, professor.[1]

Babayev Teymur Əsəd oğlu 1938-ci il sentyabr ayının 11-də Bakı şəhərində anadan olmuşdur. 1956-1961-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki ATU) təhsil almışdır. 1961-ci ildə Sabirabad rayonunda həkim-stomatoloq kimi işləmişdir. 1965-ci ildə ATU-nun aspiranturasına daxil olmuş, 1969-cu ildə elmlər namizədi dissertasiyasını müdafiə etmişdir. Daha sonra 2 il 4 saylı Stomatoloji poliklinikada cərrah-stomatoloq vəzifəsində çalışmışdır.

1971-2007-ci illərdə ATU-nun Cərrahi stomatologiya kafedrasında fəaliyyət göstərmişdir. T.Babayev 1971-ci ildən ATU-nun Cərrahi stomatologiya kafedrasında assistent, 1977-ci ildən dosent, 1987-2007-ci illərdə həmin kafedraının müdiri vəzifəsində çalışmışdır. 1981-ci ildə Moskvada doktoranturaya qəbul olmuşdur. 1990-cı ildə tibb elmləri doktoru elmi dərəcəsinə, 1991-ci ildə professor elmi adına layiq görülmüşdür. 2007-ci ildən ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının professorudur. Tədqiqatları anadangəlmə və qazanılmış qüsurların cərrahi müalicəsi probleminə həsr edilmişdir. Elmi kadrların hazırlanmasına böyük xidmətləri olmuşdur.[1]

  • Babayev T.Ə., Fərəcov E.H., Arxməmmədov A.M., Orucov A.Q,, Kərimov F.R. Xroniki pereodontitli xəstələrin cərrahi müalicəsinə yeni baxım / Professor B.X. Abbasovun 80 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları. Bakı: 2003, s.140-141.
  • Бабаев Т.А., Фараджов Э.Г., Архмамедов А.М. Лечение больных с полной нижнечелюстной адентией  // Cərrahiyyə, 2005, №1, s.101-105.
  • Babayev T.A., Farajov E.H., Ibragimov R.E. Approach to immediate implant placement into infected tooth socket / 4th International Congress of the Iranian Society Of Oral and Maxillofacial Surgeons, Teheran, Iran, 2008, p. 124.
  1. 1 2 Babayev Teymur Əsəd oğlu // Azərbaycan Milli Ensiklopediyası / red hey. sədri İ.H.Əliyev; məsul katib T.M.Nağıyev.- II Cild.- Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2010.- S.587.