Thymus fominii

Zaqafqaziya kəklikotu (lat. Thymus transcaucasicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Azərbaycanın nadir bitkisidir. CR B1ab (i,ii,iii).

Zaqafqaziya kəklikotu
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Thymus transcaucasicus

Qafqazda yayılmışdır. Azərbaycanda Kiçik Qafqazda bitir və arealı dardır. Orta və yuxarı dağ zolaqlarında quru yamaclarda rast gəlinir.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Sürünən meyvəsiz zoğları olan yarımkolcuqdur. Çiçək saplaqlı budaqlarının hündürlüyü 10-30 sm, bəzən budaqlı, sıx tükcüklüdür. Yarpaqları saplaqlarda, təxminən hamısı eyni, çox nazik, az bilinən nöqtəli vəzicikli, yumurtavari-uzunsovdan enli-yumurtavariyədək, uzunluğu 7–15 mm, eni 3–10 mm, alt tərəfi damarcıqlarda tükcüklü, yan damarcıqları 2-3 cütdür. Çiçək qrupu başcıqlı və ya uzunsovdur. Çiçək saplaqları uzun, tükcüklüdür. Kasacığın uzunluğu təxminən 5 mm olub alt tərəfi tükcüklüdür. Kasacığın yuxarı hissəsində olan dişciklər ensiz-lansetvari olub, kənarları tükcüklüdür. Çiçək tacı qırmızı, tükcüklüdür. VI-VII aylar arasında çiçəkləyir, VIII ayda meyvə verir.

Təbiətdə əsasən toxum vasitəsilə çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi haqda məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Qəbul edilmiş mühafizə tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi tövsiyə edilir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Thymus bakurianicus Klokov
  • Thymus fominii Klokov & Des.-Shost.
  • Thymus superbus Ronniger
  • Thymus ziaratinus Klokov & Des.-Shost.