Toybadım

Toybadım Çayı - türk və altay mifologiyasında və əfsanələrdə adı çəkilən yeraltı çayı. Toybodım da deyilir. Mənası "doymadım" deməkdir. Acgözlük və ehtiras çayıdır. İnsanın gözü doymazlığını işarələr. İnsanın doqquz ehtirasını işarələyən doqquz yer altı çayının qovuşaraq Toybodım çayına çevrildiyi yerdə Erlik xanın dəmir sarayı vardır. Bu çay insanların göz yaşlarından meydana gəlmişdir. Üzərində at tükündən edilmiş bir körpü vardır. Bu çayın içində su əjdahaları yaşayır və qaçmaq istəyən ruhları təkrar yer altına göndərir.

Qan Çayı - türk və altay xalq inancında yeraltı çayı. Yeraltında axar, içindəki maye su deyil kandır. Qan ölümü, atəşi, hirsi işarələdiyi kimi əslində həyatın da simvoludur, bu səbəblə həyat və ölüm arasındakı sərhədi işarələr. Bu çay nağıllarda bəzən uçan atlarla keçilər.

Türk mədəniyyətində acgözlük

[redaktə | mənbəni redaktə et]

Türk əfsanə və hekayə qəhrəmanları fövqəladə bir şəkildə və həddindən artıq yerlər. Və bu vəziyyət öyünüləcək bir xüsusiyyətdir. Bu, mifoloji qəhrəmanlar üçün bir ayncalıktır. Bir Azərbaycan hekayəsində, tilsime düşmüş bir qəhrəmanın nə qədər yeyərsə doymadığı yazılmışdır. Bu qəhrəmanın aclığı yalnız tilsimin təsirindən xilas sona çatar. Məsələn Koroğlu çox yer amma gec doyar. Freydenberge görə, acgözlük, məcazi mənada ölümü ifadə edir. Qaraçay-Malkar dilində acgöz, "gələcəyi görən və bilən" mifoloji gonbul adıdır. Bu varlıq, başkırd və digər türk xalqlarının mifologiyalarında da iştirak edər. Altay inancında, digər dünyada axmaqda olan çayın adının "Doymadım" (Toybadım) olması da bu vəziyyətin ən gözəl nümunəsidir.