Vilyam Maynor (ing. William Chester Minor; 22 iyun 1834 – 26 mart 1920[1], Hartford[2]) — amerikalı hərbi cərrah və İngilis dilinin Oksford lüğəti üçün ən böyük sitaları toplayanlardan biri. Corc Merretini öldürdükdən sonra 1872–1910-cu illərdə psixiatrik klinikada saxlanılmışdır.
Vilyam Maynor | |
---|---|
William Chester Minor | |
Doğum tarixi | 22 iyun 1834 |
Vəfat tarixi | 26 mart 1920[1] (85 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | leksiqraf, dilçi, cərrah, hərbi həkim[d] |
Fəaliyyət illəri | 1863-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Yeni İngiltərədən Konqreqasionalist kilsəsindəki missionerlərin oğlu olan Uliyam Maynor Seylon adasında (indiki Şri-Lanka) anadan olmuşdur. Vaşinqton ştatındakı Sietl şəhərinin meri Tomas Minorda daxil olmaqla onun çoxlu sayda bacı-qardaşları var idi. Maynor 14 yaşında Birləşmiş Ştatlara göndərilir. Sonradan, 1863-cü ildə Yel Tibb Universitetində müqayisəli anatomiya ixtisası üzrə ali təhsil alır.
Maynor, 1864-cü ilin may ayında baş verən döyüşdə müttəfiq ordu tərəfindən hərbi cərrah olaraq iştirak etdi. Maynora həmçinin ittifaq Ordusunun irlandiyalı əsgərinə fərarilik etdiyinə görə üzünü "D" damğası ilə işarələyərək cəzalandırılması tapşırılır və bu hadisə daha sonra Maynorun həyatında psixoloji xəstəliyin yaranmasına yol açdı.
Müttəfiq ordunun fərarilik üçün cəza kimi çırpma və ya başqa zərbələrdən istifadə edib-etməməsi barədə fikir ayrılığı mövcuddur. Bundan əlavə, Maynorun 5 – 7 may 1864-cü il tarixində baş vermiş döyüşdə iştirak etməsi ehtimalı az idi. Hərbi qeydlərə görə, Maynor ilk olaraq, Nyu-Heyvendə ABŞ-nin Nayt xəstəxanasında olur və daha sonra 17 may 1864-cü ildə ABŞ-nin Aleksandriyada 2-ci diviziyasının xəstəxanasına, Virciniya ştatına gəlir.
ABŞ-də vətəndaş müharibəsi başa çatdıqdan sonra, Maynor Nyu-Yorkda hərbi xidmətə başlayır. O bu müddətdə şəhərin qırmızı fənər məhəlləsinə maraq göstərir və boş vaxtının çox hissəsini küçə cəmiyyətinə həsr edir. 1867-ci ilə qədər davranışı komandanın diqqətini çəkir və "tavanın sapı" adı ilə tanınan Florida ərazisindəki uzaq bir posta göndərilir. 1868-ci ildə onun ruhi vəziyyəti o dərəcədə pisləşir ki, Vaşinqtonda Müqəddəs Elizabet Xəstəxanasına (o vaxt psixiatrik xəstəxana adlandırılan) yerləşdirilir. On səkkiz ay ərzində onun vəziyyətində heç bir irəliləyiş qeydə alınmadı.
1871-ci ildə Maynor vəziyyətinin dəyişməsi ümidi ilə Londona gedir. Burada Lambetin gecəqondularında məskunlaşır və yenidən əxlaqsız bir həyat sürməyə başladı. 17 fevral 1872-ci ildə paranoyası tərəfindən təqib edilən Maynor dediyinə görə otağına girən Corc Merretti atəş açaraq evinin qarşısında öldürdü. Günahı olmayan Merrett isə əksinə altı uşağın və hamilə həyat yoldaşı Elizanı saxlamaq üçün həmin vaxt işə gedirdi. London Horsemonger Lane Gaol həbsxanasında keçirilmiş sınaq müddətindən sonra Uliyam Maynorun dəli olduğuna görə günahkar olmadığı elan edilərək Berkşirdə yerləşən Brodmur Psixiatrik Klinikasında həbs edilir. O, ABŞ ordusunun təqaüdçüsü olduğundan, ətrafdakılar üçün təhlükə yaratmadığından, kifayət qədər rahat yaşayış şəraiti ilə təmin edilmişdi və həmçinin kitabları alıb oxuya bilirdi.
Londonun kitab satıcıları ilə yazışmalar nəticəsində Maynor İngilis dilinin Oksford lüğətinin tərtib edilməsində yardım çağırışı barədə xəbər aldı. Maynor həyatının böyük hissəsini məhz bu işə həsr edir. Antik kitabların böyük fərdi kitabxanasını oxuyaraq və müəyyən sözlərin istifadəsini izah edən sitatlar seçərək layihənin ən təsirli könüllülərindən biri oldu.[3] O qətlə yetirdiyi adamın dul qadını tez-tez ziyarət edir, ona yeni kitablar verirdi. Lüğət tərtibçiləri istifadə nümunələri göndərməyi xahiş edən söz siyahıları dərc etdilər. Lüğəti tərtib edənlər istədikləri sözlərin siyahısını nümunələrlə yazıb göndərdilər. Və beləcə Maynorun mənbələr tapmaq işi asanlaşır və dərcə göndərilən izahlı sözlərin siyahısı daha da artır. Uzun illərdən sonra lüğət redaktoru Ceyms Mürre Manyorun həyatını öyrənir və 1891-ci ilin yanvar ayında onu klinikada ziyarət etdi. 1899-cu ildə Mürre lüğətin tərtib edilməsində Maynorun böyük töhfə verməsi ilə onu təqdir edir və bildirir ki, "biz son dörd əsri asanlıqla yalnız göndərilən sitatlar ilə təsvir edə bilərik".[4][5]
1902-ci ildə Maynorun vəziyyəti pisləşir, həssas şizofreniya xəstəliyi olduğundan hallüsinasiya simptomlar artaraq gecə otaqdan qaçırıldığını İstanbul kimi uzaq yerlərə aparılaraq uşaqlara cinsi təcavüz etməyə məcbur edildiyini deyən Maynor hallüsinasiyalara dözməyərək lüğət üzərində işləyərkən istifadə etdiyi bıçaqla cinsi orqanını kəsir.[6] Onun səhhəti pisləşməkdə davam edirdi və Mürre onun müdafiəsinə çıxdıqdan sonra 1910-cu ildə Daxili İşlər Naziri Vinston Çörçillin sərəncamına əsasən Maynor azadlığa buraxıldı. O, yenidən ABŞ-yə köçürülür və Müqəddəs Elizabeth xəstəxanasında yaşayırdı, burada ona şizofreniya diaqnozu qoyulur. Maynor 1919-cu ildə qocalar üçün sığınacağa köçürüldükdən sonra 1920-ci ildə Konnektikut ştatının Hartford şəhərində vəfat edir.[7]
Simon Vinçesterin "Cərrah Kroutorn" (Amerikada "Dahi və dəli" adı ilə nəşr olunmuş) kitabı 1998-ci ildə çap edilmişdir. Kitabda Maynorun sonrakı həyatından və İngilis dilinin Oksford lüğətinin yazılmasında verdiyi töhfələrdən bəhs edilir. 1998-ci ildə kitabın ekranlaşdırılması hüquqları Mel Gibsonun film şirkəti olan Icon Productions tərəfindən alınmışdır. 2016-cı ilin avqustunda "Dahi və dəli" adı uyğunlaşması və Fərhad Safinin filmə rejissorluğu ilə Mel Gibson özü Mürre, Şon Penn isə Maynor rolunda çıxış edəcəyi elan edilir.