2008-ci ildə Uyğur ixtişaşları — Çin Xalq Respublikasının qərbindəki Sincan-Uyğur Muxtar Rayonunda (Şərqi Türkistan) 2008-ci ilin mart ayında başlayan etnik zəmində olan hadisələr. Hadisələr kütləvi iğtişaş və itaətsizlik şəraitində keçmiş və kiçik qarşıdurmalarla avqust ayına qədər davam etmişdir.
Uyğur ixtişaşları (2008) | ||||
---|---|---|---|---|
Tarix | mart-avqust 2008-ci il | |||
Yeri | Sincan-Uyğur Muxtar Rayonu, Çin Xalq Respublikası | |||
Səbəbi |
1. Mütəllip Hacımın ölümü 2. Müsəlman qadınların hicab taxmasına qadağa 3.Tibetdəki bənzər iğtişaşlar haqqında məlumat |
|||
Nəticəsi | İğtişaşlar yatırıldı | |||
Münaqişə tərəfləri | ||||
|
||||
Bölgədəki qarşıdurmanın tarixi XVIII əsrdə bu əraziləri birləşdirən Tzin sülaləsinin hakimiyyəti dövrlərinə gedib çıxır. İslamı qəbul edən və bu bölgədə yaşayan türk xalqları (qazaxlar, qırğızlar), İran dilli taciklər və etnik çinlilər, o cümlədənərazinin əsas xalqı müsəlman uyğurlar, Çinin dövlətinin müxtəlif dövrlərində və bütün mərhələlərdə müstəqillik əldə etməyə çalışmışdılar. Çin mərkəzi hökuməti son ikiyüz ildə müstəqillik və öz müqəddəratını təyinetmə hərəkatının böyüməsini cilovlamağa çalışırdı. Son dövrlərdə hakimiyyət, Hizb-ut-Tahrir əl-İslami (İslami Azadlıq Partiyası) və Şərqi Türkistan İslam Hərəkatı kimi təşkilatları terrorçu partiyalar elan etmiş və son illərdəki iğtişaşların çoxunda onları günahlandırırdı.
2008 -ci ilin mart ayında Xotanda və Sincanın Karakaş bölgəsindəki etirazlar, qonşu Tibetdəki oxşar iğtişaşlarla eyni vaxta təsadüf etdi, lakin əsasən yerli səbəblər səbəb oldu ki, bunlardan biri də iş adamı və xeyriyyəçi Mütəllip Hacımın polis bölməsində ölümü idi.
Bir neçə ay davam edən iğtişaşların katalizatoru kimi üç səbəb çıxış etdi: Hacımın ölümü, müsəlman qadınların hicab taxmasının qadağan edilməsi və Tibetdəki oxşar iğtişaşlar haqqında məlumat.
Hakimiyyət bu çıxışlarla bağlı məlumatları bloklayır: məmurlar susur və bölgədəki medianın işi bu səbəbdən çox çətin idi. Bu baxımdan, bu iğtişaşlar zamanı ölən və yaralananlar haqqında alınan məlumatlar nə rəsmi qurumlar, nə də müstəqil müşahidəçilər və ya media tərəfindən təsdiqlənməyib.[2]
Nümayişlər zəngin bir uyğur, tacir və xeyriyyəçi Mutallip Hacımın polis idarəsində müəmmalı ölümündən sonra yenidən gücləndi. Təxminən 600 nəfər olan etirazçılar avtovağzala doğru icazəsiz yürüş etdilər. Yürüşə digər yerli sakinlərdə qatıldıqdan sonra, nümayişçilər təxminən 400 nəfəri saxlayan polis tərəfindən mühasirəyə alındığı bazara doğru hərəkət etdi. New York Times nümayişçilərin müstəqillik tələb edən pankartlar apardıqlarını və müvafiq şüarlar səsləndirdiklərini, bundan sonra polisin onları dağıtmaq üçün güc tətbiq etdiyini yazdı.[3]