Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Vaqif Vəliyev 1940-cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb.
Vaqif Süleyman oğlu Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur
O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadəni təmir etdirib, qısa müddətdə Gəncə əhalisinin böyük rəğbətini qazanıb.
Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
Qeyd 1: 1804-cü il yanvarın 3-də Gəncə xanlığı işğal edildikdən sonra Gəncə şəhərinin çar I Aleksandrın həyat yoldaşı Yelizaveta Alekseyevnanın şərəfinə Yelizavetpol adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – "Gəncə" bərpa edildi. 1935-ci ildə Gəncə şəhərinin adı dəyişdirilərək inqilabçı Sergey Kirovun adı ilə Kirovabad adlandırıldı. 1989-cu ildə Gəncənin tarixi adı bir daha bərpa edildi. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.