Vasil İbn Əta (ərəb. ابو حذيفة الغزال واصل ابن عطاء) — Ərəb ruhanisi, Mötəziliyyə təriqətinin banisi.
Vasil ibn Əta | |
---|---|
Doğum tarixi | 700[1] |
Doğum yeri | |
Vəfat tarixi | 748[1][2] |
Vəfat yeri | |
Fəaliyyəti | ilahiyyatçı |
Mötəzilənin banisi Vasil İbn Əta (700-749) qədərilikdə olduğu kimi tale kultunu təkzib edir, lakin qədərilikdən fərqli olaraq tale ideyasının əleyhinə şüurlu olaraq iradə azadlığını qoyurdu. Mötəzilədə şəhər mədəniyyətinin azadlıqsevərlik meylləri aşkar olaraq duyulur. Mötəzilə azad insan zəkasını hətta əxlaqın da ən yüksək meyarı hesab edirdi. Burada əxlaqın mənbəyi ilahi vəhydən daha çox, insanın iradə azadlığında axtarılır. Mötəzilədə əxlaqın ilahi mənşəyi əslində inkar edilir, insani zəka onun meyarı kimi qəbul olunur. İnsan davranışının əsası müqəddəs yazılarda deyil, dünyəvi prinsiplərdə axtarılır. Hətta Quranın əzəli olması belə inkar edilir. Mötəzilə tərəfdarları - mutazilitlər - dini ehkamların mütləqliyini qəbul etməyib, əksinə, zəkanın, ağlın qüdrətini etiraf etdiklərindən, yalnız zəkanın önəmliliyini tanıdıqlarından ilk müsəlman rasionalistləri kimi çıxış etmiş olurdular.
Zəkanın qüdrətinə olan inam iki fəlsəfi cərəyanın əslində şərikli başlanğıcını təşkil edir. Birinci istiqamət cəngavər dünyaduyumunun və onun zəminində formalaşmış aristokratizmin rasionallaşdırılmasından ibarətdir. Həmin istiqamət insan zəkasını fövqəlbəşər və fövqəltəbii zəkanın təzahürü kimi başa düşür, insan zəkasının kamilliyini ilahi zəkaya uyğunluq dərəcəsində görür. İnsan zəkasının qüdrətindən çıxış edən digər istiqamət isə praqmatik cərəyan idi. Zəka burada insanın dünyadan faydalanma vasitəsi idi və bu zəmində də qiymətləndirilirdi. Praqmatik zəminli zəka kultu əslində analitik təfəkkürün insan qarşısında duran bütün problemləri həll edə biləcəyinə olan inam idi.
Mötəzilənin yaranması və tərəqqisi Əməvilərin hakimiyyəti illərinin ikinci yarısına təsadüf edir və bu illərdə şəhər mədəniyyətinin kifayət qədər inkişaf etdiyini ifadə edir. Mötəzilə, əslində, Abbasilərin hakimiyyəti üçün mənəvi zəmin hazırlayırdı.