Bu siyahıda videooyunlarda, videooyun sənayesində və eyni zamanda oyunçular tərəfindən istifadə olunan bəzi ümumi ifadələrə və terminlərə yer verilib.
AAA (triple A) — böyük bir komanda tərəfindən hazırlanmış, çoxlu platformalarda mövcud olan və çox yüksək satış gözləntiləri olan böyük büdcəli oyunlar.
eimbot (aimbot) — rəqib oyunçuları tez və dəqiq şəkildə hədəf almağa və vurmağa kömək edən hiylə. (cheat) Oyunçunun etməli olduğu yeganə şey hədəfi vurmaq üçün tətiyi çəkməkdir.
avatar — oyunçunun oyun dünyasındakı virtual xarakteri.
kampinq (camping) — oyunçunun uzun müddət müəyyən bir yerdə gözləyərək və ya gizlənərək tətikdə durması, pusqu.
laq (lag) — oyun təcrübəsini pozan ləngimə və ya gecikmə.
nörf (nerf) — oyunda mövcud olan bir şeyin zəiflədilməsi, adətən tərtibatçılar tərəfindən hər şeyi balanslaşdırmaq və oyunu hamı üçün ədalətli etmək üçün edilir. Baffın əksidir.