Viktoriya adası

Viktoriya (ing. Victory Island) - Kanada Arktik arxipelaqınına daxil olan Kanadaya məxsus ada. İnzibati cəhətdə Kanadannın NunavutŞimal-Qərb əraziləri vilayətlərinə daxildir.

Viktoriya adası
ing. Victory Island
Ümumi məlumatlar
Sahəsi 217291 km²
Uzunluğu
  • 700 km
Eni 625 km
Hündür nöqtəsi 665 m
Əhalisi 1.707 nəfər (2001-ci il)
Yerləşməsi
71°00′00″ şm. e. 110°00′00″ q. u.
Ölkə  Kanada
Vilayət
Akvatoriya
Viktoriya adası xəritədə
Viktoriya adası
Viktoriya adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kosmosdan çəkiliş

Təxmini eni 300–600 km, uzunluğu isə 400–500 km arasında dəyişir. Sahəsi 217 291 km² təşkil edir. Hündürlüyü şimal-qərbdə 665 metrdir. Çoxlu sayda gölləri vardır ki, onunlarında ən iriləri Ferquson, Taha, Tahiryak, Uoşberndir. Baffin Torpağı adasından sonra sahəsinə görə Kanadada ikinci, dünyada isə onuncudur. Sərt iqlim səbəbindən adada cəmi 1707 nəfər (2007 il) yaşayır. Əsas yaşayış məntəqələri: Keymbridj-Bey, Ulukhaktok.

Viktoriya adası Qütb tundrası ekoloji bölgəsinə daxildir (ing. Middle Arctic tundra).

Boğazlar və körfəzlər

[redaktə | mənbəni redaktə et]

Şimal-qərbində Banks adasını Viktoriya adasından dar Uels Şahzadəsi (boğaz) ayırır. Şimalında Riçard-Kalliston və Uinnitt köfəzləri, həmcinin dərin Haldi körfəzi yerləşir. Şərqdə Viktoriya adasını Qoldsmit bboğazı Stefansson adasından ayırır. Mak-Klintok boğazı adanı Uels Şahzadəsi adasından ayırır. Cənub-şərqdə Kuin-Mod körfəzi, cənubda Vellinqton buxtası yerləşir. Viktoriya (boğaz), Dis boğazıDolfin və Yunion boğazı adanı materikdən ayırır. Cənub-qərbdə dərin Şahzadə-Albert, qərbdə isə Minto və Uoker körfəzləri yerləşir.

Şimal-qərbdə Uels Şahzadəsi boğazı və Riçard-Kalliston körfəzi arasında Şahzadə Albert yarımadası yerləşir. Uzaq şərq hissədə Pill burnu yerləşir və o adanın ucqar şimal nöqtəsini təşkil edir. Şimal-şərdə Haldi körfəzi ilə Qoldsmit boğazı arasında Starkenson yarımadası mövcuddur və onun sonucunda Elvayra burnu yerləşir. Cənub-qərbdə Dolfin and Yunion boğazı və Şahzadə Albert körfəzi arasında Vullaston yarımadası yerləşir. Qərbdə Şahzadə Albert və Minto körfəzi arasında Dayamond-Cennis yarımadası qərar tutur.

Ada Böyük Britaniya araşdırmaçısı Tomas Simpson 1838-ci ildə kəşf edir. Növbəti ildə isə Britaniya kraliçası Viktoriyanın şərəfinə adlandırılır. O Böyük Britaniya və Kanadanın kraliçası olaraq ölkəni 1867-1901 ci illərdə idarə etmişdir.[1].

  1. "Сanadian Encyclopedia. Victoria Island". 2010-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-25.