Xabri (q.yun. Χαβρίας; e. ə. V əsr, Afina – e.ə. 357, Xios) — Afina hərbi xadimi.
Xabri | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. V əsr |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 357 |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | strateq |
Xabri hərbi karyerası Frasibul donanmasında (e.ə. 390–389-cu illər dəniz ekspedisiyası) başlamışdır. Daha sonra Korinf müharibəsi zamanı, e.ə. 391-ci ildə Korinf burnunda döyüşlər zamanı İfikratı muzdlu birləşmələrin komandiri kimi əvəz etməsiylə xatırlanır.
İfikrit və Timofey ilə yanaşı, Xabri e.ə. IV əsrin birinci yarısının ən yaxşı Afina sərkərdələrindən biri hesab olunur. Müvəffəqiyyətli bir sərkərdə olmaqla, afinalılara böyük xidmətləri olan o, müstəqil və təvazökar bir insan kimi səciyyələndirilsə də, afinalıların paxıllığından qaçmaq və öz istəklərinə uyğun yaşaya bilmək üçün Afinadan uzaqda yaşamağa üstünlük vermişdir. Bununla belə, Xabri e.ə. 366-cı ildə dövlət cinayəti (sərhəd şəhəri Oropu Fivaya köçürmək) ittihamı ilə məhkəmədə olmuş, lakin bəraət qazanmışdır.[1]