Xalq Nəzarəti Komitəsi

Xalq Nəzarəti KomitəsiSSRİ-də dövlət nəzarəti sisteminin orqanlarından biri. Dövlət planlarının icrasına, nizam-intizamın pozulmasına, təsərrüfat ehtiyatlarının müəyyən edilməsinə, vəsaitlərin xərclənməsinə nəzarət funksiyalarını yerinə yetirmişdir.

Xalq Nəzarəti Komitəsi
Ümumi məlumatlar
Ölkə

Qurumun strukturu belə idi:

  • SSRİ Xalq Nəzarəti Komitəsi
  • İttifaq respublikalarının xalq nəzarəti komitələri,
  • Muxtar respublikaların, ərazilərin, vilayətlərin, muxtar vilayətlərin, rayonların, şəhər və rayonların xalq nəzarəti komitələri, habelə
  • Zəhmətkeş xalq deputatları kənd və qəsəbə sovetləri yanında xalq nəzarəti qrupları,
  • Müəssisələrdə, kolxozlarda, idarələrdə, təşkilatlarda və hərbi hissələrdə xalq nəzarəti komitələri, qrupları və postları.

Komitənin tərkibi SSRİ Nazirlər Soveti tərəfindən təsdiq edilirdi. Komitənin sədrini SSRİ Ali Soveti təyin edirdi və SSRİ hökumətinin nümayəndəsi idi.[1]

  1. Шорина Е. В. Контроль народный // Большая Советская Энциклопедия (1969–1978). — Доступ из Яндекс. Словари.