Xapsaqay (saxa хапсаҕай — cəld, bacarıqlı, güçlü[1]) — Yakutlara məxsus milli güləş növü.
Xapsaqay | |
---|---|
хапсаҕай | |
Tam adı | Xapsaqay |
Bu idman növünün adının müxtəlif etimalogiyası vardlr. N. S. Qriqoryevin fikirinə görə yakutların frazoloji birləşmələr lüğətinə nəzər yetirsən onda xapsa (ovlaaq, tutmaq, yapışmaq) və qədim monqol müraciət etiketi olan bəy sözlərinin birləşməsindən yaranmışdır. «tut və hərəkət elə» mənasını verir. «Yakutların ətraflı lüğətində» xapsabay (хапсаҕай) kimi deyilir. Xap cəld və güclü, sabay isə at və tulla mənasını verir.[2]
Xapsaqay qədim tarixə malikdir. Bu idman növünün qaydalarının nə zaman yaranması bəlli deyil. Yakutların olonxo əsatirinə görə «orta dünya» bahadırının «qara qüvvələrin» üzərində qalibiyyəti məhz 'Xapsaqay fəndi ilə qalib gəlmişdir[3]. Ustalıq və hazırlıq yolları hər ailə tərəfindən qorunur və sirr saxlanııırdı.
Döyüş növü haqqında ilk yazılı məlumat Herhar Fridrix Millerə məxsusdur. O, 31 may 1737-ci ildə Yakutskdan 14 verst aralıda yerləşən ərazidə baş tutmuş yarışlar haqqınnda məlumat vermişdir. Sonrakı məlumatlar isə Böyük Şimal Ekpedisoyası zamanı İohan Qmelin və Aleksandr Bestujevə aiddir.
XIX əsrin sonu və XX əsrin əvvəllərində bu idman növünün bütün indiki Yakutiya ərazisində yenidə canlanmışdır. 1932-ci ildə ilk rəsmi yarışma keçirilmişdir. Bunfan sonra daimi yarəşlar təşkil edilir. 1944 iildən sonra isə artıq qadınlarda muxtariyyat spartakiyadalarda iştirak edirlər. Sovelər dönənində 18-25, 35-40, 40-45 və 45-dən yuxarı yaşlı kişilərin yarışması keçirilmişdir[4]
25 oktyabr 2010-cu ildən FILA tərəfindən milli güləş kimi qeydə alınmışdır[5].
Pəhləvanlar tuman geyinərək yarışırlar. Geyim əsasən Sığın dərisindən olur və qurşağa qədər uzanır. Əvvəllər yarışlar açıq olaq sahələrində keçirlirdi. İndi isə yarışlar diametri 10 metr olan döşəklərdə keçirilir. Ayağını və ya əlini döşəkdən kənara qoyan idmançı 1 cərimə xalı alır. Güləş yalnız ayaq üstə keçirilir. Parter vəziyyəti deyilən bir anlayış yoxdur. Bədənin əl və ya ayaq nahiyyəsi istisna digər hissəsinin yerə dəyməsi məğlubiyyat anlamına gəlir.
Güləş 10 dəqiqə çəkir. 5 dəqiqə çəkən yarışmada qalib gələn olmasa əlavə 5 dəqiqə artırılır. Aşağı yaş qrupları üçün isə +4 dəqiqə artırılır. Əsasən 53, 58, 64, 72, 80 və 80-dən yuxarı çəki dərəcələri üzrə yarışmalar keçirilir.
Sərbəst güləşlə məşqul olan yakutlar çox zaman uşaqlıqda Xapsaqay qaydaları ilə güləşirdilər. Buna misal kimi Roman Dmitriev və Pavel Piniqin ilk əvvəllər Xapsaqay öyrənirdilər. Roman Dmitriev Tiflisdə keçirilən yarışda məhz Xapsaqaya aid fənd ilə rəqibininə qalib gəlmişdir[6]